Keçid linkləri

2026, 14 Yanvar, çərşənbə, Bakı vaxtı 18:34
Kiyev vilayəti
Kiyev vilayəti

İşğalın 107-ci günü

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma başlayıb. Qərb Moskvaya ağır iqtisadi sanksiyalar tətbiq edib.

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri 202 uşaq həlak olub. Bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Ən azı 361 uşaq xəsarət alıb. Cümə günü Xerson rayonunun Qavrilovka kəndinin atəşə tutulması nəticəsində 15 yaşlı yeniyetmə həlak olub.

Rusiyaya qarşı 6-cı sanksiya paketi hazırlanır

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi təcavüzünə görə Rusiyaya qarşı növbəti, altıncı sanksiyalar paketini hazırlayır. Bu barədə Aİ rəhbəri Ursula fon der Leyen "Bild am Sonntag"-a müsahibəsində deyib. Onun sözlərinə görə, bura bank sektoruna qarşı əlavə məhdudiyyətlər daxil ola bilər. Ursula fon der Leyen onu da deyib ki, növbəti sanksiyalar paketi Rusiya neftinə təsir göstərəcək.

Rusiya Mariupolu nəzarətə aldığını deyir, Ukrayna təsdiq etmir

Rusiya tankı Mariupolda, 15 aprel 2022
Rusiya tankı Mariupolda, 15 aprel 2022

Rusiya Müdafiə Nazirliyi Mariupolun üzərində nəzarəti ələ keçirdiyini bildirir. Bu barədə Rusiyanın dövlət xəbər agentliyi İnterfaks yazıb. Ukrayna tərəfindən heç bir təsdiq yoxdur. Əvvəllər də Rusiya mətbuatında dəfələrlə belə məlumatlar yer alıb. 50 gündən bəri şəhər Rusiya qoşunlarının mühasirəsindədir. Mariupoldan son dron görüntüləri yayılıb. Currenttime.tv-nin yaydığı həmin görüntülərdə şəhərin acınacaqlı vəziyyətə olduğu görünür. Rusiya Mariupolu artilleriya, tank və digər silah növləri ilə atəşə tutmaqda davam edir. Şəhərin özündə döyüşlər gedir, şəhərin bir hissəsi Rusiya tərəfindən ələ keçirilib, bir hissəsi (ilk növbədə Azovstal zavodu) hələ də Ukrayna hərbçilərinin əlindədir.

Ukrayna: Rusiya Xarkov istiqamətində qoşun qruplaşmasını gücləndirir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Rusiya Xarkov yaxınlığında öz qoşunlarının qruplaşmasını gücləndirməyə çalışır. Baş Qərargahın məlumatına görə, İzyum istiqamətində işğalçıların əsas səyləri Suxaya Kamenka, Suliqovka, Brajkovka, Malaya Kamışevaxa və Andreevka yaşayış məntəqələri yaxınlığında işğal olunmuş xətlərin və mövqelərin saxlanmasına yönəlib.

Davamı

XS
SM
MD
LG