Mirqorod və Çernomorsk şəhərləri atəşə tutulub
Rusiya qoşunlarının Ukraynanın Mirqorod şəhərinə raket zərbəsi endirməsi nəticəsində infrastruktur obyektləri dağılıb, iki nəfər həlak olub. Poltava vilayətinin rəhbəri Dmitri Lunin bu barədə məlumat verib.
Bundan başqa aprelin 9-u səhər saatlarında Odessa vilayətinin Çernomorsk şəhərinə də raket hücumu həyata keçirilib. Bu barədə şəhər meri Vasili Qulyayevə istinadla məlumat yayılıb.
Bayden Rusiya və Belarusa qarşı daha iki ələvə sanksiya layihəsini imzalayıb
Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Rusiya və Belarusa qarşı əlavə sanksiyaları nəzərdə tutan iki qanun layihəsini imzalayıb. Ağ Evin bəyanatında deyilir ki, bunlardan biri "Rusiya neftin idxalının dayandırılması", digəri isə “Rusiya və Belarusla normal ticarət münasibətlərinin dayandırılması” dır.
İndiyə qədər 176 uşaq həlak olub, 320 uşaq yaralanıb
Ukraynada müharibə başlayandan bəri 176 uşaq həlak olub, 320-dən çox uşaq yaralanıb. Bu barədə Ukraynanın Baş Prorkurorluğu məlumat yayıb. Təkcə aprelin 8-də Donetsk vilayətinin Kramatorsk dəmiryol vağzalına raket hücumu nəticəsində 5 uşaq həlak olub, 16 uşaq yaralanıb.
Rusiyada müharibə əleyhinə təkbaşına aksiyalar
Aprelin 9-da Xabarovskda Rusiyanın Ukraynaya qarşı apardığı müharibə əleyhinə və Putinə qarşı təkbaşına piketlər olub. Təkbaşına piket keçirənlərdən biri Nikolay Zodçiy olub. Başı üzərində “Lənət olsun raşizmə” plakatı qaldıran Nikolay Zodçiy polislərin ona yaxınlaşdığı ərəfədə "Putin hərbi cinayətkardır, Putin sən məsuliyyətdən qaça bilməyəcəksən, sən cəhənnəmdə yanacaqsan. Xabarovski müharibənin əleyhinədir " deyə bildirib. Həmin an polislər onu saxlayıblar və etirazçını ordunu gözdən salmaqda və maska taxmamaqda ittiham ediblər