Keçid linkləri

2026, 11 Mart, çərşənbə, Bakı vaxtı 20:34
Kiyev, 24 mart 2022
Kiyev, 24 mart 2022

İşğalın 32-ci günü. Ukrayna ordusu bir-neçə yaşayış məntəqəsini azad edib

Rusiyanın Ukraynaya hücumunun 29-cu günü haqda burada oxu

ABŞ dövlət katibi: “Biz Rusiyada hakimiyyəti dəyişmək niyyətində deyilik”

ABŞ dövlət katibi Entoni Blinken bəyan edib ki, ABŞ-ın rəsmi siyasəti dəyişməzdir və Vaşinqton nə Rusiyada, nə də başqa ölkədə rejim dəyişikliyi strategiyası həyata keçirmir.

İsraildə səfərdə olan Blinken bir gün əvvəl ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinlə bağlı Varşavada dediyi sözlərinə münasibət bildirərkən belə deyib. Bayden Ukraynadakı müharibə ilə bağlı çıxışında deyib:

“Allah xatirinə, bu adam hakimiyyətdə qala bilməz”.

Bir çox şərhçilər bu sözləri ABŞ-ın Putini hakimiyyətdən uzaqlaşdırmağı hədəflədiyinin göstəricisi kimi qəbul ediblər. Baydenin çıxışından qısa müddət sonra Ağ Ev aydınlaşdırıb ki, söhbət “Putinin Rusiyanın qonşu ölkələri üzərində hakimiyyət qazanmasına imkan verilməsinin yolverilməzliyindən” gedir.

Mariupol şəhərinin meri: Bu, soyqırımdır, generalları və Rusiya silahlı qüvvələri ilə birlikdə Putinin törətdiyi hərbi cinayətdir

Mariupol, 25 mart 2022
Mariupol, 25 mart 2022

Mariupol şəhərinin meri Vadim Boyçenko UNİAN müstəqil xəbər agentliyinə bildirib ki, şəhər Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altındadır. Onun dediyinə görə, Rusiya hərbçiləri ətraf ərazilərə nəzarət edirlər.

"Şəhər halqadadır və halqa təbii olaraq kiçilir. Başa düşməlisiniz ki, onların (rus qoşunlarının) "azadlıq əməliyyatı keçirmək vəzifəsi yox idi. Şəhərdə 50%-i etnik ruslar yaşayırdı. Tapşırıq şəhəri sakinləri ilə birgə yer üzündən silmək olub. Bu soyqırımdır, bunu başqa cür adlandırmaq olmaz. Bu, generalları və Rusiya silahlı qüvvələri ilə birlikdə Putinin törətdiyi hərbi cinayətdir. Putini və bütün Rusiya ordusunu hərbi tribunal gözləyir”, – Boyçenko bildirib.

Ukrayna ordusu bir neçə məntəqəni azad etdiyini bildirir

Ukrayna ordusu bazar günü- martın 27-i səhər saatlarında bir neçə yaşayış məntəqəsinin azad edildiyini bildirir.

Söhbət Xarkov vilayətinin Qusarovka və Olxovka kəndlərindən gedir. Məlumatda deyilir ki, əks-hücum nəticəsində Rusiya ordusuna məxsus onlarla hərbi texnika və canlı qüvvə məhv edilib, onlarla əsgər əsir götürülüb.

Rusiya ordusunu Çernobıl AES-in ərazisində toplayır

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, radioaktiv radiasiyanın səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı Çernobıl AES-in ərazisində Rusiya ordusu döyüşü bərpa etmək üçün səhra düşərgəsi yaradıb və qoşunları həmin düşərgəyə toplayır. Ətraflı

Davamı

XS
SM
MD
LG