Keçid linkləri

2026, 11 Mart, çərşənbə, Bakı vaxtı 21:52
Kiyev, 24 mart 2022
Kiyev, 24 mart 2022

İşğalın 32-ci günü. Ukrayna ordusu bir-neçə yaşayış məntəqəsini azad edib

Rusiyanın Ukraynaya hücumunun 29-cu günü haqda burada oxu

İşğaldan azad edilmiş Trostyanets şəhərində...

Rusiya hərbçilərinin Trostyanetsdə,
Rusiya hərbçilərinin Trostyanetsdə,

Rusiya ordusunun işğalından azad edilmiş Trostyanets şəhərində bir çox obyektlər, o cümlədən xəstəxana minalanmış vəziyyətdədir. Bu barədə Ukraynanın Sumı vilayətinin hərbi-mülki administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

Onun dediyinə görə, şəhərdə rabitə demək olar ki, yox dərəcəsindədir. Jivitski onu da bildirib ki, bazar günü, martın 27-də evsiz qalan insanlar, habelə tibbi yardıma ehtiyacı olan yaralılar şəhərdən çıxarılıb.

Bayden: "...Putin – “bu adam” hakimiyyətdə qala bilməz"

Bayden Polşada
Bayden Polşada

"Putin qarşısına biabırçı məqsəd qoyub" - Co Bayden Putinin Ukraynanın "denazifikasiyası" ideyası barədə fikirlərinə belə münasibət bildirb. Polşada səfərdə olan ABŞ prezidenti Ukraynadakı vəziyyətlə bağlı çıxışında deyib ki, Putin – “bu adam” hakimiyyətdə qala bilməz.

“Bu, azadlıq və repressiya, qaydalara və qanunlara əsaslanan dünya nizamı ilə kobud güc arasında mübarizədir. Biz özümüzü uzun mübarizəyə hazırlamalıyıq, bir günə, bir aya qalib gələ bilməyəcəyik. İndi Ukrayna demokratiya və azadlıq uğrunda mübarizədə ön sıralardadır”

Bayden etdiyi hərəkətlərinə görə Putini "qəssab" adlandırıb

Beydan Polşada ukraynalı məcburi qaçqınlarla görüşür, 26 mart 2022
Beydan Polşada ukraynalı məcburi qaçqınlarla görüşür, 26 mart 2022

Martın 26-da Polşada Ukraynadan olan qaçqınlarla görüşü zamanı ABŞ prezidenti Co Baydendən Ukraynada etdikləri baxımından Putinə münasibətini soruşublar.

Bayden cavab olaraq Putini etdiyi hərəkətlərinə görə, "qəssab" adlandırıb.

Lvov yenidən atəşə tutulub

Lvov meri Andrey Sadovyi martın 26-sı nahardan sonra şəhərin atəşə tutulduğunu bildirib.. "Biz hərbi administrasiyadan məlumat gözləyirik. Xahiş edirəm, foto/videoları yaymayın. Sığınacaqlarda qalın", - Sadovyi bildirib.

"Nastoyashcheye vremya"nın müxbiri üç partlayış barədə məlumat verib. Sonuncu dəfə

Lvova raket hücumu martın 18-də - təyyarə təmiri zavoduna edilib. Martın 13-nə keçən gecə Rusiya hərbçiləri Lvov vilayətindəki Yavoriv poliqonuna 30 raket atıblar - 35 nəfər ölüb, 34 nəfər yaralanıb.

Davamı

XS
SM
MD
LG