Martın 26-da ABŞ prezidenti Co Bayden Varşavada Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikovla görüşüb. Bu barədə Reuters məlumat yayıb. Ətraflı
Moskva nüvə silahından istifadə şərtlərini açıqlayır
Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Rusiyanın hansı hallarda nüvə silahından istifadə edə biləcəyini açıqlayıb. Amma o, dərhal da Ukrayna ilə danışıqlara ümid etdiyini bildirib. Ətraflı
Mariupolun hazırkı vəziyyəti
Ukraynanın "Azov" polku martın 26-da özünün teleqram səhifəsində Mariupolun hazırki vəziyyətini əks etdirən foto paylaşıb.
31 gündə Ukraynada 136 uşaq həlak olub
Rusiyanın Ukraynaya silahlı təcavüzü başlayandan bəri -31 gündə 136 uşaq həlak olub, 199 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Uşaqların əksəriyyəti Kiyev vilayətində, Xarkovda, Donetskdə , Çerniqovda, Nikolayevdə, Luqanskda, Zaporojyedə , Xersonda, Jitomirdə, Sumıda və Kiyevdə zərər çəkib.