Keçid linkləri

2026, 12 Mart, Cümə axşamı, Bakı vaxtı 00:26
Kiyev, 24 mart 2022
Kiyev, 24 mart 2022

İşğalın 32-ci günü. Ukrayna ordusu bir-neçə yaşayış məntəqəsini azad edib

Rusiyanın Ukraynaya hücumunun 29-cu günü haqda burada oxu

Rusiya qoşunları Slavutiçə girərək yerli xəstəxananı ələ keçiriblər

Slavutiç, arxiv foto
Slavutiç, arxiv foto

Rusiya qoşunları Slavutiçə girərək yerli xəstəxananı ələ keçirdilər. Bu barədə Kiyev vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Pavlyuk məlumat verib. Onun sözlərinə görə, şəhərin meri Yuri Fomiçev naməlum şəxslər tərəfindən qaçırılıb.

Slavutiçdə rus hərbçiləri işğala etiraz edən yerli sakinlərin dinc aksiyasını dağıtmağa çalışır.

Rus qoşunları bu gün şəhərə daxil olub. Bu barədə Kiyev vilayətinin administrasiyasının rəhbəri Oleksandr Pavlyuk məlumat verib.

Hərbi-siyasi ekspert: Rusiya ordusu 4 həftədə Xersondan başqa ümumiyyətlə bir dənə də olsun vilayət mərkəzini götürə bilməyib

Hərbi-siyasi ekspert Yuri Fedorov: "Rusiya ordusunun Ukraynanı işğala başlamasından bir ay keçdikdən sonra "müharibə dumanı" tədricən sönməyə başlayıb. Birincisi, ən əsası, Ukrayna Putinin hərbi maşınının zərbəsinə tab gətirdi. Həm Kreml generalları, həm də əksər Qərb analitikləri Rusiya ordusu bir neçə gündən sonra Ukraynadan polad rulon kimi keçib Polşa sərhədinə çatacaq və ya orada dayanacaq, ya da dayanmayacaq proqnozlaşdırıdılar. Dörd həftəlik döyüşlərdə Rusiya ordusu ümumiyyətlə Xersondan başqa bir dənə də vilayət mərkəzini götürə bilməyib. Mariupol uğrunda girdiyi ağır döyüşlərdə Ukrayna Silahlı Qüvvələrini mühasirəyə ala bilmədilər"

Sergey Şoyqu yenidən görünüb

Sergey Şoyqu, arxiv foto
Sergey Şoyqu, arxiv foto

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun toplantı keçirdiyini əks etdirən yeni video yayılıb. Onun həmin tədbirdəki çıxışından qısa videonu "Zvezdaneyus" teleqram kanalı yayıb. Sergey Şoyqu martın 11-dən ictimaiyyət qarşısına çıxmayıb. Martın 24-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, müdafiə naziri Vladimir Putinlə Təhlükəsizlik Şurasının daimi üzvləri arasında keçirilən operativ iclasda “xüsusi hərbi əməliyyatın gedişi haqqında məlumat verib”.

Daha sonra RİA Novosti elə həmin görüşün videosunu dərc edib. Putinin qarşısındakı böyük ekranın küncündə Şoyquya bənzəyən adam görmək olardı.

Davamı

XS
SM
MD
LG