Keçid linkləri

2026, 02 May, şənbə, Bakı vaxtı 07:22
Kiyev, 24 mart 2022
Kiyev, 24 mart 2022

İşğalın 32-ci günü. Ukrayna ordusu bir-neçə yaşayış məntəqəsini azad edib

Rusiyanın Ukraynaya hücumunun 29-cu günü haqda burada oxu

Sumı vilayətinin Konotop, Axtırski və Sumı rayonlarında döyüşlər

Martın 26-sı səhər saatlarında Sumı vilayətinin Konotop, Axtırski və Sumı rayonlarında döyüşlər davam edib. Bu barədə vilayət hərbi dövlət administrasiyasının sədri Dmitri Jivitski məlumat verib.

Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Serqey Qaydayın dediyinə görə, Severodonetskdə ərzaq məhsulları olan anbarlar hədəfə alınıb. Jitomir şəhərinin meri Sergey Suxomlin isə hərbi hissəyə raket düşdüyünü, həmçinin telefonlarında hərbi hissənin təfərrüatlı fotoşəkilləri olan iki nəfərin saxlandığını bildirib.

Aİ Rusiyadan asılılığı azaldır - ABŞ-la saziş imzaladı

Avropa İttifaqı (Aİ) ilə ABŞ-ın əldə etdiyi razılaşmaya görə, blok ildə azı 15 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) alacaq. Məqsəd Aİ-nin Rusiyadan qaz idxalını azaltmaqdır. Ətraflı

Ukrayna Moskvanı dinc sakinləri Rusiyaya deportasiya etməkdə suçlayır

Ukraynanın ombudsmanı Lüdmila Denisova Moskvanı dağıdılan şəhərlərdən yüz minlərlə dinc sakini zorla Rusiyaya aparmaqda suçlayır, məqsədin Kiyevə təslim olmaq üçün təzyiq göstərmək olduğunu deyir. Ukrayna Xarici İşlər Nazirliyi köçürülənlər arasında Mariupolun 6 min sakininin olduğunu bildirir. Ətraflı

Rusiya aviasiyası günə 200 hücum uçuşu edir

Peyk təsvirləri Rusiyanın yaxın müttəfiqi Belarusda da doqquzadək hava bazasından istifadə etdiyini göstərir. İşğalçının günə 200-dək uçuş həyata keçirdiyi bildirilir ki, Ukrayna ilə müqayisədə bu, qat-qat çoxdur. Ətraflı

Davamı

XS
SM
MD
LG