Rusiyalı jurnalistlər Zelenskidən müsahibə götürüb-Rusiya Prokurorluğu həmin jurnalistlərə xəbərdarlıq edib
Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə rusiyalı jurnalistlərə müsahibə verib. Ukrayna prezidentindən müsahibə alanlar Rusiyanın “Meduza” nəşrinin və “Dojd” telekanalının baş redaktorları, “Novaya qazeta”nın sualını Ukrayna prezidentinə çatdıran jurnalist Mixail Zıqar və “Kommersant”ın xüsusi müxbiri Vladimir Solovyov olub.
Roskomnadzor Rusiya mediasından Zelenski ilə müsahibəni nümayiş etdirməməyi tələb edib.
Rusiyanın Baş Prokurorluğu Zelenski ilə rusiyalı jurnalistlərin müsahibəsində dərc olunan ifadələrə hüquqi qiymət verəcəklərini bildirib.
Nemtsovun qətlində ittiham olunan zabit Mariupolda
Rusiyalı müxalifətçi Boris Nemsovun qətlinin iştirakçılarından biri hesab olunan (Boris Nemtsovun silahdaşlarının müxalif siyasətçinin qətlinin mümkün təşkilatçılarından biri kimi onun adını çəkirlər) Çeçenistandan olan Daxili İşlər Nazirliyinin zabiti Ruslan Geremeyev Ukraynada döyüşdüyü bildirilir. Qeyd olunur ki, o, Mariupol şəhərinə hücumda iştirak edir. Ətraflı
Makron Baydenin Putin haqqında söylədiyi sözlərdən narazı qalıb
Bazar günü “France 3” telekanalına müsahibəsində Fransa prezidenti Rusiya ilə münasibətlərdə “şifahi eskalasiya”ya qarşı olduğunu deyib.
Martın 26-da Macarıstanda olan ABŞ prezidenti Co Bayden ukraynalı qaçqınlarla söhbətində Putini Ukraynada etdiklərinə görə, “qəssab” adlandırıb.
Makronun sözlərinə görə, indi əsas vəzifə atəşkəsə nail olmaq, daha sonra isə diplomatik kanallarla Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasıdır və bunun üçün “sözlə və ya əməllə” müharibənin genişlənməsinə imkan verilməməlidir.
Rusiyanın atdığı raket Lvov yaxınlığında neft anbarını tamamilə dağıdıb
Bu barədə Lvov vilayətinin başçısı Maksim Kozitski bazar günü məlumat verib.
Neft bazasına hücumu "Ukrayna qoşunlarını yanacaqla təmin etdiyini" iddia edən Rusiya Müdafiə Nazirliyi məlumatı rəsmən təsdiqləyib.
Zərbənin ABŞ prezidenti Co Baydenin Lvovdan 160 kilometr aralıda, Polşanın Rzeşov şəhərində çıxışı zamanı üç “Kalibr” qanadlı raketlə vurulduğu güman edilir.
.