Avropada sanksiya altına düşən rusiyalı oliqarxların pulları ilə bağlı müzakirələr gedir
Avropa İttifaqı sanksiya altına düşən Rusiyalı oliqarxların pullarını müharibədən sonra Ukraynanın yenidən qurulmasına yönəltmək istəyir. Ətraflı
Roqozin: ABŞ Rusiyanı GPS-dən ayırmağı düşünür...
Rusiyanın “Roskosmos” Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyasının baş direktoru Dmitri Roqozin iddia edir ki, Amerika Birləşmiş Ştatları Rusiyanın GPS sistemindən ayırmaq istəyir:
"ABŞ Rusiyanı GPS-dən ayırmağı düşünür. Ancaq narahat olmayın, çünki bizdə QLONASS var" -Roqozin bildirib.
Liz Truss hesab edir ki, Rusiya danışıqlardan "tüstü pərdəsi" üçün istifadə edə bilər
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bildirib ki, Rusiya daha çox hərbi cinayətlər hazırlamaq üçün Ukrayna ilə danışıqlardan “tüstü pərdəsi” kimi istifadə edir.
"Ruslar yalan danışdı, yalan danışdı və yenə də yalan danışdı. Qorxuram ki, bu danışıqlar təxribat və "tüstü pərdəsi" yaratmaq üçün növbəti cəhddir. Bizim gördüyümüz odur ki, bu rusların yenidən qruplaşmasına imkan vermək cəhdidir. Biz Rusiya qoşunlarının ciddi geri çəkilməsi və ya masada bir dənə də ciddi təkliflərini görmürük. Əgər ölkə danışıqlara ciddi yanaşarsa, o, həmin gün gün dinc əhalini heç bir fərq qoymadan bombardman etməz”, - deyə Truss The Times-a müsahibəsində bildirib.
Ukrayna nümayəndə heyətinn üzvü Almaniyanın mövqeyindən narazıdır
Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü, Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixailo Podolyak Almaniya hakimiyyətini “Rusiyanı Ukraynada qırğınlar törətməyə sövq etməkdə” ittiham edib. "Nastoyashcheye Vremya"nın yazdığına görə, Mixailo Podolyak bu barədə özünün Twitter səhifəsində yazıb.
"Almaniya naziri Lambrecht (Almaniyanın müdafiə naziri Kristina Lambrecht - NV) yenə NATO-nun münaqişəyə qarışmayacağını və Ukrayna üzərində uçuşa qadağan zona yaratmayacağını bildirib. Avropalı siyasətçilərin hər bir belə bəyanatı Rusiya Federasiyasını Ukraynada kütləvi qətllərə sövq edir. Siz müharibəni müharibə adlandırmaq istəmirsiniz və Putindən qorxursunuz, onda heç olmasa təxribat xarakterli bəyanatlar verməyin”, – Podolyak Twitter-də yazıb.
Almaniyanın müdafiə naziri martın 18-də "Süddeutsche Zeitung" qəzetində dərc olunan müsahibəsində bir daha Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq imkanını istisna edib. O, bunun "gözlənilməz nəticələrlə" dolu olduğunu deyib və bir daha əlavə edib ki, NATO heç bir halda Rusiyanın Ukraynaya qarşı müharibəsinə müdaxilə etməyəcək.