Avstraliya silah-sursatın vacib komponentlərinin Rusiyaya göndərilməsini qadağan edib
Avstraliya Rusiya üçün "kritik vacib eksport" olan alüminium oksidi, alüminium filizləri və boksitin tədarükünü qadağan edib. Bu məhsullar silah və sursat ən vacib komponentləridir.
Rusiyayönlü bir neçə partiyanın fəaliyyəti dayandırılıb
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Ukraynada Rusiyayönlü 10 siyasi partiyanın fəaliyyətini dayandırıb.
Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
"Siyasətçilərin parçalanmağa və ya əməkdaşlığa yönəlmiş fəaliyyəti uğurlu olmayacaq, əksinə sərt cavab alacaq. Buna görə də Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiya Federasiyasının başlatdığı genişmiqyaslı müharibəni və bir sıra siyasi əlaqələri nəzərə alaraq belə qərara gəlib. Siyasi strukturların bu dövlətlə hərbi vəziyyət dövründə bir sıra siyasi partiyaların hər hansı fəaliyyətini dayandırması var”, - deyə Zelenski bildirib. Ətraflı
Rusiyanın Ukraynaya qarşı başladığı hərbi təcavüz 25-ci gündür davam edir
Martın 20-nə olan məlumatlara görə, son sutkada Rusiyanın aktiv hücumları səngiyib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Rusiya ordusu son 24 saat ərzində aktiv hücumlar həyata keçirməyib.
Ukrayna tərəfi ddia edir ki, qarşı tərəf “səylərini cari itkilərin yerini doldurmaq və qismən məhv edilmiş texnikanı bərpa etmək üzərində cəmləşdirib”.
Ukrayna nümayəndə heyətinn üzvü Almaniyanın mövqeyindən narazıdır
Rusiya ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü, Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixailo Podolyak Almaniya hakimiyyətini “Rusiyanı Ukraynada qırğınlar törətməyə sövq etməkdə” ittiham edib. "Nastoyashcheye Vremya"nın yazdığına görə, Mixailo Podolyak bu barədə özünün Twitter səhifəsində yazıb.
"Almaniya naziri Lambrecht (Almaniyanın müdafiə naziri Kristina Lambrecht - NV) yenə NATO-nun münaqişəyə qarışmayacağını və Ukrayna üzərində uçuşa qadağan zona yaratmayacağını bildirib. Avropalı siyasətçilərin hər bir belə bəyanatı Rusiya Federasiyasını Ukraynada kütləvi qətllərə sövq edir. Siz müharibəni müharibə adlandırmaq istəmirsiniz və Putindən qorxursunuz, onda heç olmasa təxribat xarakterli bəyanatlar verməyin”, – Podolyak Twitter-də yazıb.
Almaniyanın müdafiə naziri martın 18-də "Süddeutsche Zeitung" qəzetində dərc olunan müsahibəsində bir daha Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq imkanını istisna edib. O, bunun "gözlənilməz nəticələrlə" dolu olduğunu deyib və bir daha əlavə edib ki, NATO heç bir halda Rusiyanın Ukraynaya qarşı müharibəsinə müdaxilə etməyəcək.