Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 06:52
Xarkov
Xarkov

Müharibənin 25-ci günü-Rusiya ordusu son 24 saat ərzində aktiv hücumlar həyata keçirməyib

Rusiyanın Ukraynaya hücumunun 22-ci günü haqda burada oxu

Liz Truss hesab edir ki, Rusiya danışıqlardan "tüstü pərdəsi" üçün istifadə edə bilər

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bildirib ki, Rusiya daha çox hərbi cinayətlər hazırlamaq üçün Ukrayna ilə danışıqlardan “tüstü pərdəsi” kimi istifadə edir.

"Ruslar yalan danışdı, yalan danışdı və yenə də yalan danışdı. Qorxuram ki, bu danışıqlar təxribat və "tüstü pərdəsi" yaratmaq üçün növbəti cəhddir. Bizim gördüyümüz odur ki, bu rusların yenidən qruplaşmasına imkan vermək cəhdidir. Biz Rusiya qoşunlarının ciddi geri çəkilməsi və ya masada bir dənə də ciddi təkliflərini görmürük. Əgər ölkə danışıqlara ciddi yanaşarsa, o, həmin gün gün dinc əhalini heç bir fərq qoymadan bombardman etməz”, - deyə Truss The Times-a müsahibəsində bildirib.

Roqozin: ABŞ Rusiyanı GPS-dən ayırmağı düşünür...

Dmitri Rogozin, 9 sentyabr 2020
Dmitri Rogozin, 9 sentyabr 2020

Rusiyanın “Roskosmos” Kosmik Fəaliyyətlər üzrə Dövlət Korporasiyasının baş direktoru Dmitri Roqozin iddia edir ki, Amerika Birləşmiş Ştatları Rusiyanın GPS sistemindən ayırmaq istəyir:

"ABŞ Rusiyanı GPS-dən ayırmağı düşünür. Ancaq narahat olmayın, çünki bizdə QLONASS var" -Roqozin bildirib.

Avropada sanksiya altına düşən rusiyalı oliqarxların pulları ilə bağlı müzakirələr gedir

Avropa İttifaqı sanksiya altına düşən Rusiyalı oliqarxların pullarını müharibədən sonra Ukraynanın yenidən qurulmasına yönəltmək istəyir. Ətraflı

"Ukraynada 112 uşaq həlak olub, 140 uşaq yaralanıb"

Ukraynada bombardmanlar nəticəsində yanan bina
Ukraynada bombardmanlar nəticəsində yanan bina

Ukrayna Baş Prokurorluğunun məlumatına görə, müharibənin başlamasında bəri Ukraynada 112 uşaq həlak olub 140 uşaq müxtəlif dərəcələrdə yaralanıb. Prokurorluqdan o da bildirlib ki, açıqlanan rəqəmlər ilkin məlumatlardır, beləki aktiv hərbi əməliyyatların getdiyi bölgələrdən hələki məlumatlar toplamaq mümkün deyil.

Davamı

XS
SM
MD
LG