Buça qırğınından yeni görüntülər – Rusiya Yablunska küçəsində dinc sakinləri belə hədəfə alıb
2022-ci ilin martında Rusiya qüvvələri Ukraynanın Buça şəhərini ələ keçirəndə Yablunska küçəsində üç gün ərzində onlarla dinc sakin öldürülüb. Rusiya hakimiyyəti sonradan iddia etdi ki, qırğın görüntüləri quramadır. Amma hadisə şahidlərinin danışdıqlarından görünən odur ki, sakinlərin çoxu yalnız atışma qurbanı olmayıb, onları bilərəkdən hədəfə alıblar. AzadlıqRadiosunun Ukrayna xidməti müşahidə kameraları, dron görüntüləri, hərbi bilgilər əsasında araşdırma aparıb, Yablunska küçəsində ən qanlı günlərin tam mənzərəsini ortaya qoyub. Qanlı qırğın üçün məsuliyyət daşıyan bəzi zabitlərin kimliyini də müəyyənləşdirmək mümkün olub.
Arxiv
-
Fevral 24, 2026Rusiya miqrant uşaqlarını çətin seçim qarşısında qoyub
-
Fevral 17, 2026İran dünya üçün kritik boğazda təlimlərə başladı
-
Fevral 16, 2026Pəhləvini lider sayan azərbaycanlı siyasətçi
-
Fevral 16, 2026Kilsə ilə 'savaşan' Paşinyan seçkini uduza bilərmi?
-
Fevral 13, 2026Tənha anaları doğuşdan sonra tək qoymayan qadınlar