Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 09:07

Rusiya və Ukrayna arasında daha bir əsir mübadiləsi olub


Bundan əvvəlki əsir mübadiləsi zamanı Rusiyaya qaytarılmış əsgər anası ilə görüşür
Bundan əvvəlki əsir mübadiləsi zamanı Rusiyaya qaytarılmış əsgər anası ilə görüşür

Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak bildirib ki, Ukraynaya qaytarılan 107 əsirin arasında “Azovstal” zavodunun 74 müdafiəçisi də var

Rusiyanın Müdafiə Nazirliyi noyabrın 3-də Ukraynadan 107 Rusiya hərbi əsirinin qaytarıldığını xəbər verib.

Məlumatda deyilir ki, qaytarılanlar Moskvaya gətiriləcək və Müdafiə Nazirliyinin müxtəlif tibb müəssislərində müalicə olunacaqlar.

Rusiya hökuməti bildirir ki, “bu adamlar əsirlikdə ölüm təhlükəsi ilə üzləşmişdilər”.

Ermənistanlı hüquq müdafiəçisi: "Təkcə son 1 ildə orduda 51 ölüm halı olub"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Bundan əvvəl, noyabrın 3-də qondarma “Donetsk Xalq Respublikası”nın başçısı Denis Puşilin demişdi ki, əsirlikdən qaytarılanların arasında separatçıların nəzarətində olan ərazilərin 65 sakini də var.

Puşilin bildirmişdi ki, Ukrayna tərəfinfə əsasən Ukrayna silahlı qüvvələrinin hərbi qulluqçuları qaytarılıb.

Azovstal zavodunun müdafiəçiləri də qaytarılıb

Ukrayna prezidenti ofisinin rəhbəri Andriy Yermak bildirib ki, Ukraynaya qaytarılan 107 əsirin arasında “Azovstal” zavodunun 74 müdafiəçisi də var:

"Biz döyüşlərdə yaralanan bir çoxlarını evlərinə qaytarmışıq. Məsələn biz Mariupolda, Azovstal zavodunda yaralanmış, ayaqlarında və qollarında, bədənlərinin müxtəlif yerlərində güllə və qəlpə yaraları olan əsgərləri geri ala bilmişik. Bunların arasında ətrafları amputasiya edilənlər, üzlərinin bir tərəfini hiss etməyənlər, yaraları irinləmiş şəxslər var”.

Yermakın məlumatına görə Ukraynaya ümumilikdə 6 zabit, 101 əsgər qaytarılıb.

Rusiyalı çağırışçılar: "Ukraynaya ölümə getmək istəmirik"
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

Bundan əvvəl Ukrayna və Rusiya arasında əsir mübadiləsi oktyabrın 29-da olmuşdu.

Kiyev bildirirdi ki, əsirlikdən ikisi müllki şəxs olmaqla 52 nəfər qaytarılıb.

Rusiya tərəfi ona 50 əsirin qaytarıldığını xəbər vermişdi.

XS
SM
MD
LG