Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 09:03

Rusiya Ukraynanı dronlarla vurur


Zaporojyedə dağılmış ev, 1 yanvar, 2023-cü il
Zaporojyedə dağılmış ev, 1 yanvar, 2023-cü il

Rusiya ordusu son 24 saat ərzində Ukraynada əsasən mülki hədəflərə zərbələri davam etdirib. Bir gün öncə isə Rusiya ordusu 10 ay öncə münaqişə başlayandan Kiyevin bir hücumunda ən çox itkinin baş verdiyini təsdiqləyib.

Ukraynaya altı raket buraxılıb, 52 havadan zərbə, eləcə də raket buraxıcı sistemlərdən 77 hücum həyata keçirilib. Altı raket və hava zərbələrinin 30-u mülki infrastrukturu hədəfə alıb. Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı yayıb.

Ukrayna qüvvələri həmçinin Rusiyanın buraxdığı 27 İran istehsalı Şahed dronunun vurulduğunu bildirir.

Uzunmüddətli dron kampaniyası

Rusiya ordusu Donetsk vilayətində Drujkivka buzlu xokkey arenasına da raket zərbəsi endirib. Ukrayna buzlu xokkey liqasının keçmiş çempionları bu arenada oynayıblar. “Altair arenası”nın alov içində olduğunu göstərən video sosial mediada yayılıb.

Ukrayna prezidentinin köməkçisi Kirilo Timoşenko Telegram-da yazıb ki, Drujkivkaya raket zərbəsində iki nəfər yaralanıb. O, yaxınlıqdakı Yakovlevka kəndinə də Rusiya raketinin düşdüyünü sözlərinə əlavə edib.

Son günlər Rusiya paytaxt Kiyevdə və digər şəhərlərdə mülki hədəflərə havadan zərbələri gücləndirib. Moskva Ukraynanı “tükəndirmək” üçün İran dronları ilə uzunmüddətli hücum kampaniyası planlaşdırır, Prezident Volodimir Zelenski yanvarın 2-də deyib.

“Bizdə olan məlumat görə, Rusiya Şahed dronları ilə uzunmüddətli hücum planlaşdırır. Guman ki, tükəndirməyə ümid edir. Xalqımızı, havadan müdafiə sistemlərimizi, enerjimizi tükəndirməyə”, – Zelenski vurğulayıb.

Rusiyanın etirafı

Rusiyanın Müdafiə Nazirliyi yanvarın 2-də Ukraynanın şərqi Donetsk vilayətində bir kazarmada 63 əsgərinin öldürüldüyünü təsdiqləyib. Bu, azı 10 aydır müharibə başlayandan Kremlin qüvvələrinin ən çox itki verdiyi hücumlardan biridir.

Ukrayna Rusiyanın itkilərinin yüzlərlə ölçüldüyünü desə də, rusiyayönlü rəsmilər bunu şişirtmə adlandırıb.

Müharibə dövründə əsasən etibarlı informasiya yayan rusiyalı hərbi blogerlərin yazdığına görə, hücum zamanı obyekt yaxınlığında saxlanan sursat partlayıb və itki sayının artmasına da bu səbəb olub.

XS
SM
MD
LG