Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:00

Bellingcat: Rusiya sərhədçiləri Ukrayna gəmilərinə beynəlxalq sularda hücum edib


Rusiyanın Qara dənizdə zəbt etdiyi Ukrayna gəmiləri
Rusiyanın Qara dənizdə zəbt etdiyi Ukrayna gəmiləri

”Bellingcat” araşdırma qrupunun qənaətinə görə, Rusiyanın sərhəd xidməti noyabrın 25-də Qara dənizdə Ukrayna gəmilərinə beynəlxalq sularda hücum edib.

Jurnalistlər belə bir qənaətə əldə olan foto və videolar əsasında gəlblər.

Məlumatda bildirilir ki, Ukraynanın “Berdyansk” Kateri Krım sahillərinin 22 kilomet 720 metrliyində olub ki, bu Rusiya ərazisindən 500 metrdən də çox aralıdadır.

Qeyd edək ki, Rusiya noyabrın 25-də Qara dənizdə Ukraynanın 3 hərbi gəmisini saxlayaraq Kerç limanına aparıb.

Beynəlxalq aləm Rusiyanın bu addımını kəskin pisləyib və təcili gəmiləri qaytarmağa çağırıb.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Azov dənizi, Kerç boğazı və Qara Dənizdə gərginlik yaşanır.

Rusiya və Ukraynanın 2003-cü ildə əldə etdiyi sazişə görə, Kerç boğazı və Azov dənizi birgə ərazi sularıdır.

Amma Moskva bu ərazilərə nəzarəti genişləndirməyə çalışır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG