Keçid linkləri

2024, 23 İyul, çərşənbə axşamı, Bakı vaxtı 16:16

Rusiyada üçgünlük seçkilər başa çatır


Rusiyada bülletenlər sayılır
Rusiyada bülletenlər sayılır

“OVD-Info” üç gün ərzində Rusiyada seçkiylə əlaqədar 19 nəfərin saxlandığını açıqlayıb. Onlardan doqquzu namizədlər, beşi müşahidəçilər olub

Sentyabrın 11-də Rusiyada müxtəlif orqanlara üçgünlük seçkilər başa çatıb. Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatına görə, qubernator və regional parlament seçkilərindən hakim “Vahid Rusiya”nın təmsilçiləri öndədir.

Rusiyanın 14 vilayətinə qubernator seçilirdi. Onlardan yalnız ikisində müstəqil namizədlər öndə olsa da, digərlərində “Vahid Rusiya”nın təmsilçiləridir.

Altı vilayətdə qanunverici orqanlara seçki keçirilib. Bazar günü axşam onların hamısında hakim partiya liderlik edirdi.

Pozuntular

MSK sədri Ella Pamfilovanın sözlərinə görə, elektron sistemin işlək olduğu vilayətlərdə bu sistemlə səsvermə 83 faiz təşkil edib. 92 min rusiyalının məsafədən səs verdiyi bildirilir.

MSK seçki məntəqələri bağlanandan dərhal sonra bildirib ki, səsvermə zamanı hər hansı ciddi pozuntu aşkarlanmayıb. Daxili İşlər Nazirliyi isə seçkilərlə əlaqədar 8 cinayət işi açıldığını, 156 adminitsrativ hüquq pozuntusunun aşkarlandığını bildirib, ancaq detalları açıqlamayıb.

Komissiya sentyabrın 14-dək şikayətlərə baxacaq, daha sonra seçkilərə yekun vurulacaq.

Dövlət Duması Qərb ölkələrindən Rusiyada seçkilərə müdaxilə cəhdlərinin olduğunu iddia edib. Deputat Vasili Piskaryev deyib ki, “Qərbə sərfəli namizədlərin irəli sürülməsi əsasən beş mərkəzdən – ABŞ, Böyük Britaniya, Almaniya, İsveç və Ukraynadan koordinasiya edilir və maliyyələşdirilir”.

Təzyiq faktları

Seçicilərin hüquqları uğrunda “Qolos” mərkəzi seçkidə müşahidəçilərin hüquqlarının məhdudlaşdırılması, onlara, eləcə də namizədlərə təzyiq faktları haqda məlumat yayıb.

“OVD-Info” üç gün ərzində Rusiyada seçkiylə əlaqədar 19 nəfərin saxlandığını açıqlayıb. Onlardan doqquzu namizədlər, beşi müşahidəçilər olub.

“Qolos” seçkiqabağı təbliğatın, seçkilərdə real rəqabətin praktiki mövcud olmadığını bildirib.

Moskva istisna sayıla bilər. Bir sıra rayonlarda yerli qanunverici orqanlara Ukraynada müharibənin əleyhdarları, Kremlin tənqidçiləri də namizədliklərini verib. Ancaq onlardan bəziləri seçkiyə buraxılmayıb.

XS
SM
MD
LG