Birləşmiş Ştatlar, Moskva Telegram-ın bloklanması qərarını qəbul etdikdən sonra Rusiyada “ifadə azadlığının davamlı məhdudlaşdırlması meyli” ilə bağlı “dərin narahatlığını” ifadə edib.
ABŞ işlər müvəkkili Harry Kamian bu barədə bəyanatını aprelin 19-da Vyanada ATƏT-in nümayəndəliyinə təqdim edib.
https://osce.usmission.gov/on-limiting-freedom-of-expression-in-russia/
Rusiya hökuməti Telegram-ı şirkətlə bir aydan çox müddətdə davam edən qarşıdurmadan sonra bağlamaq qərarına gəlib.
Moskva Telegram-dan kod şifrələrinin Rusiyanın təhlükəsizlik xidməti FTX-yə verməsini tələb etmiş, Telegram-ın başçısı Durov bu tələbi rədd etmişdi.
Kamian bildirib ki, Rusiya ATƏT-in üzvü kimi “azad media və ifadə azadlığına hökumət müdaxiləsinə yol verməməyə borcludur”.
O deyib ki, Birləşmiş Ştatlar ATƏT-in media azadlığı komissarının Rusiyaya öz qərarına yenidən baxması üçün etdiyi çağırışa qoşulur.
ATƏT Rusiyada Telegram-ın bloklanması ilə bağlı narazılığını aprelin 13-də ifadə edib.
https://www.osce.org/representative-on-freedom-of-media/377767