Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:41

Rusiya Türkmənistan qazının idxalını bərpa edir


Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov Şərq-Qərb qaz kəmərinin açılışında (2015-ci il)
Türkmənistan prezidenti Gurbanguly Berdymukhamedov Şərq-Qərb qaz kəmərinin açılışında (2015-ci il)

Rusiyanın dövlət enerji nəhəngi Gazprom bildirib ki, üç il davam edən fasilədən sonra Türkmənistan qazının idxalını bərpa edib.

Gazpromun sözçüsü Sergei Kupriyanov aprelin 15-də deyib ki, “təchizat artıq bərpa olunub”. Bu xəbəri Türkmənistanın Turkmengaz dövlət qaz şirkəti də təsdiq edib.

Bununla belə, Rusiyanın Türkmənistandan idxal etdiyi qazın həcmləri və qiymətləri barədə məlumat verilmir.

Rusiya bundan əvvəl ildə 10 milyon kubmetr qaz idxal edirdi və 2010-cu ildə Çin onun yerini tutmazdan əvvəl Türkmənistanın ən böyük qaz alıcısı idi.

Rusiya Türkmənistandan qazın idxalını 2016-cı ildə dayandırmış və bu Türkmənistanın iqtisadiyyatına böyük zərbə olmuşdu.

Rusiyanın idxalı dayandırmasına səbəb qlobal qaz qiymətlərinin yüksəlməsi idi.

Gazprom və Turkmengaz arasında alış-veriş şərtlərinə dair danışıqlar da məhz qiymət mübahisəsinə görə dalana dirənmişdi.

Çin hazırda Türkmənistandan ildə 40 milyon kubmetr qaz idxal edir. Türkmənistan qaz ehtiyatına görə dünyanın dördüncü ölkəsidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG