Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Aprel, bazar, Bakı vaxtı 12:12

Pentaqon Rusiyayla əlaqələrin bərpasına çalışır


F-15

Birləşmiş Ştatlar Rusiya ordusuyla kommunikasiyanı bərpa etməyə çalışır. Bunu iyunun 19-da ABŞ generalı bildirib. Amerika qırıcısı Suriya təyyarəsini vurandan sonra Moskva əlaqələrin kəsildiyini bildirmişdi.

İndiyədək Suriyada mövcud olan «təhlükəsizlik» qaynar xətti hər iki tərəfin qüvvələrinin qorunmasında vacib alət olub. Belə ki, tərəflər eyni ərazidə fərqli kampaniyalar apardıqlarından onların təsadüfi toqquşma riski də yüksəlib.

«Bu xəttin bərpası və gərginliyin azalmasından ötrü üzümüzə gələn saatlarda diplomatik və hərbi baxımdan işləyəcəyik», – baş qərargah rəisi general Joe Dunford Vaşinqtonda deyib.

KOALİSİYA TƏYYARƏLƏRİ İZLƏNƏCƏK

Dunford-un sözlərinə görə, o, Birləşmiş Ştatların Suriyadakı əsas hədəfinə fokuslanmasını təmin etməyə çalışır.

«Rusiya Federasiyası da bildirib ki, Suriyada məqsədləri, bizimki kimi, İŞİD qruplaşmasının məhvidir. Bunun doğru olub-olmadığını bir neçə saata biləcəyik», – general deyib.

J.Dunford
J.Dunford

Rusiya Müdafiə Nazirliyi daha öncə qaynar xətti bağladığını bildirib. Nazirlik Pentaqonun iyunun 18-də Suriyada SU-22 təyyarəsini vurmazdan öncə həmin xətdən istifadə etmədiyini bildirib.

Ancaq Dunford xətdən «son bir neçə saatda» yararlandıqlarını açıqlayıb.

Rusiya iyunun 19-da xəbərdarlıq edib ki, havadan müdafiə sistemləri Suriyanın mərkəzində ABŞ koalisiyasına məxsus təyyarələri izləyəcək. Bu da Pentaqonu təyyarələrdən bəzilərinin yerini dəyişməyə sövq edib.

HƏDƏLƏR ÖNCƏ DƏ OLUB

«Maraqlarımızın müdafiəsindən ötrü bacardığımız hər şeyi edəcəyik», – Ağ evin sözçüsü Sean Spicer deyib.

O, Birləşmiş Ştatların rusiyalılarla açıq kommunikasiya xəttini saxlayacağını sözlərinə əlavə edib.

«Regionda düşmənçiliyin qızışdırılmasının heç kəsə xeyri yoxdur», – o söyləyib.

Moskva daha öncə də təhlükəsizlik xəttini bağlayacağıyla hədələyib. Aprelin 7-də ABŞ Suriyada hava bazasına raket atmışdı, bu tədbirin dinc sakinlərə qarşı şübhəli kimyəvi silah hücumuna cavab olaraq görüldüyünü bildirmişdi.

Qaynar xətt 2015-ci ilin sonunda Rusiya Suriyada vətəndaş müharibəsinə müdaxilə edəndən sonra yaradılıb. Bu xətt Qətərdə əməliyyatlar mərkəzindəki ABŞ zabitlərini Suriyadakı rusiyalı həmkarlarına calayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG