Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:02

Rusiya Suriya təyyarəsinin vurulmasına görə ABŞ-a xəbərdarlıq edib


ABŞ-ın F/A-18E Super Hornet döyüş təyyarəsi (Foto rxivdəndir)
ABŞ-ın F/A-18E Super Hornet döyüş təyyarəsi (Foto rxivdəndir)

ABŞ qırıcısı Suriya Hərbi Hava Qüvvələrinin təyyarəsini vurub saldıqdan sonra Rusiya açıq xəbərdarlıq edib ki, bundan sonra ABŞ koalisiyasının təyyarələrini “hava hədəfləri” hesab edəcək.

Rusiyanın Müdafiə Nazirliyindən iyunun 19-da verilmiş bu hədəli xəbərdarlıqda ABŞ və başqa müttəfiq təyyarələrin vurulacağı barədə bir söz deyilmir.

ABŞ koalisiyası bundan əvvəl bildirmişdi ki, Suriya hökumətinə bağlı qüvvələr ABŞ-ın müttəfiqi Suriya Demokratik Qüvvələrinə (SDQ) hücum edib. Məlumatda deyilirdi ki, Suriya hərbi təyyarəsi SDQ mövqelərini bombardman edib və yalnız bundan sonra iyunun 18-də Tabqa yaxınlığında “kollektiv özünümüdafiə qaydaları” əsasında vurulub.

Koalisiya bildirir ki, “gərginliyin aradan qaldırılması və atəşin dayandırılması” məqsədilə Rusiya hərbçiləri ilə xüsusi telefon xətti vasitəsilə əlaqə yaradılıb.

ABŞ koalisiyasının bəyanatında deyilir: “Koalisiya Suriya rejimi, Rusiya və ya rejimyönlü qüvvələrlə döyüşmək niyyətində deyil, lakin koalisiya və onun partnyorlarına təhlükə olarsa, onları müdafiə edəcəkdir”.

Pentaqon bildirib ki, Suriya bombardmançısı ABŞ-ın F-18 Super Hornet qırıcısı tərəfindən vurulub.

Bununla belə, Rusiya Suriyanın Su-22 bombardmançısının vurulmasından əvvəl Birləşmiş Ştatların xüsusi əlaqə kanalı ilə xəbərdarlıq etdiyi barədə bəyanatı təkzib edib.

Moskva bildirib ki, Rusiya Suriya səmasında insidentlərin qarşısıın alınması məqsədilə amerikalılarla birlikdə qurulmuş əlaqə xəttini bağlayır.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Beynəlxalq koalisiyasının Fərat çayının qərb tərəfində aşkar edilmiş təyyarələr və dronlar da daxil uçan obyektləri hava hədəfi kimi hava hücumundan müdafiə sistemləri vasitəsilə izlənəcək”.

Suriya ordusu də təyyarəsinin ABŞ qırıcısı tərəfindən vurulmasına etirazını bildirib.

Bu arada Rusiyanın xəbər agentliklərinin məlumatına görə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib ki, Birləşmiş Ştatlar Suriyanın ərazi bütövlüyünə hörmət göstərməli və hər hansı birtərəfli hərəkətlərdən çəkinməlidir.

Lavrovun müavini Sergey Ryabkov ABŞ-ın hava zərbəsini “qorxulu eskalasiya” adlandırıb.

O deyib ki, Moskva Vaşinqtona gələcəkdə bu cür hərəkətlərə yol verməmək barədə xəbərdarlıq edir.

Ryabkov bunu da əlavə edib ki, o ABŞ dövlət katibinin müavini Thomas Shannon-la iyunun 23-də Sankt Peterburqda görüşərək qarşılıqlı münasibətləri müzakirə edəcək.

ABŞ tərəfindən dəstəkləmnən SDQ döyüşçüləri hazırda İslam Dövləti adlandırılan təşkilatın Suriyadakı son istehkamı – Raqqa şəhərini mühasirəyə almaqla məşğuldurlar. SDQ qüvvələrinin əhəmiyyətli hissəsini kürd YPG qüvvələri təşkil edir.

İŞİD-in itirdiyi bir sıra əraziləri Suriyanın hökumət qoşunları da tutur.

Eyni zamanda İŞİD üzərinə İraqda da təzyiq artmaqdadır. İyunun 18-də İraq hökumət qüvvələri Mosulun İŞİD-dən tamamilə azad edilməsi əməliyyatına başlayıb.

Burada İŞİD-in nəzarətində yalnız Mosulun mərkəzindəki “köhnə şəhər” ərazisi qalıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG