Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:38

ABŞ sanksiyaları Moskvayla Çini qəzəbləndirib


Yeni qara siyahıda "Putinin aşpazı" ləqəbi ilə tanınan oliqarx Yevgeny Prigozhin də var
Yeni qara siyahıda "Putinin aşpazı" ləqəbi ilə tanınan oliqarx Yevgeny Prigozhin də var

Rusiya və Çin Birləşmiş Ştatların şirkət və fərdlərə son sanksiyalarını tənqid edib. Vaşinqton bu sanksiyaları Moskvanın “məkrli fəaliyyəti”nə görə qoyduğunu bildirib.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov sentyabrın 21-də deyib ki, sanksiyalar ABŞ dollarına inamı sarsıdır.

Lavrovun deməsinə görə, Rusiyanın Sukhoi təyyarə şirkətinin sanksiya siyahısına salınması Vaşinqton tərəfindən “ədalətsiz rəqabət hərəkəti”dir.

“SƏMƏRƏSİZ” SANKSİYALAR

Xarici işlər naziri Sergei Ryabkov isə deyib ki, 30-dan artıq şəxsin və Rusiya hərbi və kəşfiyyat agentliklərinə yaxın şirkətlərin qara siyahıya salınması Moskvayla Vaşinqton arasında gərginliyi artırıb.

“Sanksiyaların hər yeni raundu düşmənimizin əvvəlki cəhdlərlə Rusiyaya təzyiq göstərə bilmədiyini göstərir”, – Ryabkov vurğulayıb.

Ryabkov ABŞ sanksiyalarını “səmərəsiz” adlandırıb, Vaşinqtonun Rusiyaya “şərtlərini diktə edə bilməyəcəyini” deyib.

Pekin isə Çin hərbi agentliyinin və onun direktorunun qara siyahıya salınmasından “qəzəb”ini dilə gətirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Geng Shuang deyib ki, Pekin “məntiqsiz hərəkət”ə görə Vaşinqtona şikayətini çatdırıb, Birləşmiş Ştatları sanksiyaları ləğv etməyə çağırıb, yoxsa bunun “fəsad”ları ilə üzləşəcəyi xəbərdarlığını edib.

Sanksiyalara Birləşmiş Ştatlara girişə, həmçinin ABŞ maliyyə sistemi ilə tranzaksiyalara qadağalar daxildir. ABŞ yurisdiksiyasında bütün mülkiyyət və maraqlar da bloklanır.

***

ABŞ 33 Rusiya şirkətini və vətəndaşını ‘qara siyahıya’ salır

ABŞ Dövlət Departamenti bildirir ki, Moskvanın “ziyanlı fəaliyyətinə” görə cəzalandırılması məqsədilə Rusiyanın 30-dan çox şirkət və vətəndaşlarını “qara siyahıya” daxil edib. Sözü gedən şirkətlərin hərbiyyə və kəşfiyyat agentlikləri ilə bağlı olduqları deyilir.

Sentyabın 20-də elan edilmiş siyahıda Rusiya hərbi kəşfiyyatının 12 zabiti də var. Bunlara qarşı 2016-cı ilin ABŞ seçkisinə müdaxilə ilə bağlı xüsusi prokuror Robert Mueller tərəfindən bu ilin əvvəllərində rəsmi cinayət ittihamları irəli sürülmüşdü.

Qara siyahıya daxil edilənlərin bir çoxuna qarşı əvvəllər də müxtəlif sanksiyalar qoyulmuşdu. Buna görə də son cəzalandırma tədbirinin sözü gedən subyektləri əhəmiyyətli şəkildə təsirləndirməyəcəyi düşünülür.

Ümumilikdə 33 Rusiya şirkəti və fərdindən ibarət siyahıya “Putinin aşpazı” ləqəbi ilə tanınan oliqarx Yevgeny Prigozhin də daxil edilib.

Onun iaşə şirkətləri və PMC Wagner kimi tanınan muzdlu firması və bu firmanın Suriya, Ukrayna və Afrikada yerləşdirilmiş döyüşçüləri də qara siyahıya daxil edilib.

Prigozhin və onun şirkətlərinə qarşı seçkiyə iddia edilən müdaxiləyə görə Mueller tərəfindən ötən fevral ayında ittihamlar irəli sürülüb.

Moskvaya qarşı bu cəzalandırıcı tədbir 2017-ci ildə prezident Donald Trump-ın etirazlarına baxmayaraq Konqres tərəfindən əksər səs çoxğluğu ilə qəbul edilmiş qanunvericilik aktı əsasında həyata keçirilir.

Hazırda Konqresdə təqdimat mərhələsində olan daha sərt qanunda isə Rusiyanın bondlar buraxmaq qabiliyyəti, Gazprom və Rosneft kimi nəhəngləri hədəflənir. Bu qanun layihəsinin noyabr ayında keçiriləcək Konqres seçkilərindən əvvəl təqdim olunub-olunmayacağı bilinmir.

Dövlət Departamenti habelə bir Çin hərbi agentliyini və onun direktorunu Rusiyadan döyüş təyyarələri və antitəyyarə sistemləri aldıqlarına görə qara siyahıya daxil edib.

Rəsmilər bildirirlər ki, Equipment Development Department kimi tanınan bu agentlik və onun başçısıLi Shangfu Rusiyanın Rosoboroneksport silah ticarəti şirkəti ilə əhəmiyyətli məbləğdə alış-veriş edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG