Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 22:25

1 faiz varlı rusiyalının xaricdəki sərvəti bütün rusiyalıların sərvətindən çoxdur


ABŞ-ın mötəbər araşdırma agentliyinin məlumatına görə hazırda Rusiyadan kapital axını böyük bir ehtimalla ölkənin daxilindəki bütün kapitala bərabərdir.

Belə bir hal ölkədə gəlir bərabərsizliyini eksteremal səviyyəyə çatdırır.

Milli İqtisadi Araşdırma Bürosunun (The National Bureau of Economic Research – NBER) bu ay çap olunacaq hesabatında deyilir ki, hazırda ölkə sərvətinin 25 faizi əhalinin 1 faizinin mülkiyyətindədir və kapitalın ölkədən çıxarılması son illərdə sürətlənib.

Hesabatda deyilir: “Hazırda zəngin rusiyalılar tərəfindən xaricdə - Birləşmiş Krallıqda, İsveçrədə, Kiprdə və buna bənzər ofşor mərkəzlərində saxlanan maliyyə sərvəti bütövlükdə Rusiya əhalisinin sərvətindən çoxdur”.

Bu da qeyd olunur ki, varlı rusiyalılar tərəfindən ölkədən çıxarılmış sərvət indi rəsmi xarici hesablarda saxlanan vəsaitdən üç dəfə çoxdur.

Rusiyalıların 1 faizinin əlində cəmləşən sərvət indi Birləşmiş Ştatlardakı səviyyəyə təxminən bərabər, Fransadakı rəqəmdən isə yüksəkdir.

Bu hesabatın, tanınmış iqtisadçı Thomas Piketty də daxil müəllifləri sənədin hazırlanması üçün milli bank hesabları hesabatlarından, sorğulardan, sərvət reytinqlərindən, yüksək gəlirləri olanların vergi ödənişi sənənədlərindən istifadə ediblər.

Həm də NBER kimi tanınan özəl araşdırma bürosunun məlumatlarından ABŞ iqtisadiyyatındakı yüksəliş və resessiyaların öyrənilməsində istifadə olunur.

Hesabatda deyilir ki, Rusiyadakı gəlir bərabərsiziyi keçmiş sosialist ölkələrindəkindən fərqlənir.

Rusiya rublunun 1998-ci ildə çökdüyü təlatümlü 1990-cı illərdən sonra 2000-ci illərin əvvəllərində əsasən yüksək qlobal neft qiymətlərinə görə iqtisadiyyat sabitləşmişdi.

Lakin 2008-ci ilin qlobal resessiyası zamanı düşən neft qiymətləri ilə bağlı ölkənin iqtisadi artımı eniş yaşayırdı. Bu proses Rusiyanın üzərinəUkraynanın Krım yarımadasının işğalı ilə bağlı qoyulmuş Qərb sanksiyalarına görə daha da dərinləşmmişdi.

Bu il üçün Rusiyanın Ümumi Daxili Məhsulu (ÜDM) 0, 5 faiz civarındadır və 2017-2018-ci illər üçün 1, 4 faiz artım proqnozlaşdırılıb. Bu il üçün inflyasiya 4. 4 faizdir.

Hesabatda deyilir ki, “Sovet kommunizminin və eqalitar ideologiyanın dramatik iflası Rusiyada yüksək gəlir bərabərsizliyinə və şəxsi sərvətin azlığın əlində cəmləşməsinə göz yumulmasına yol açıb.

Hesabatda bildirlir: Rusiyada kəskin bərabərsizlik tamamilə məqbul sayılır, bir şərtlə ki, milyarderlər və oliqarxlar Rusiya dövlətinə və iddia edilən milli maraqlara sadiq olsunlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG