Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:09

Seçkidə iştiraka çağıran videoçarx qalmaqal yaradıb


Tanınmış aktyor Sergey Burunovun çəkildiyi bu videoçarxı bəziləri qatı homofobiya nümunəsi hesab edirlər.
Tanınmış aktyor Sergey Burunovun çəkildiyi bu videoçarxı bəziləri qatı homofobiya nümunəsi hesab edirlər.

Martın 18-də Rusiyada prezident seçkiləri keçiriiəcək.

Mərkəzi Seçki Komissiyasının seçkidə iştiraka çağıran videoçarxları qalıb bir tərəfdə hamı müəllifi bəlli olmayan bir videonu müzakirə edir.

Həmin video sosial şəbəkələrdə yayılıb. Onu yayan hesablar isə cəmi bir neçə gün əvvəl yaradılıb.

Əslində bu videoda da seçicilər seçkidə aktiv iştiraka çağrılır. Amma necə?

Tanınmış aktyor Sergey Burunovun çəkildiyi bu videoçarxı bəziləri qatı homofobiya nümunəsi hesab edirlər - yəni homoseksualları cəmiyyətə təhlükə kimi təqdim etmək cəhdi olaraq.

Videoda hadisələr səsvermə gününə keçən gecə bir rus ailəsinin evində baş verir.

Ər arvadına deyir ki, zəngli saatı qurmasın, çünki sabah bazar günüdür və o, istirahət etmək istəyir. Həyat yoldaşı ona bazar günü səsverməyə getməli olduqlarını xatırladanda isə əsəbiləşir. "Guya ki sən seçkiyə getməsən, prezident seçilməyəcək" deyir.

Gecə ailə başçısı yuxusunu qarışdırır. Yuxuda görür ki, seçkidən sonra ölkə dəyişib - əsgərlik yaşı 60-a qaldırılıb və indi o, hərbi xidmətə yollanmalıdır. Oğlu gəlib ondan 4 milyon rubl istəyir, çünki məktəbdə təhlükəsizlik tədbirləri üçün pul yığırlar. Mətbəxdə isə bir gey oturub. Məlum olur ki, partnyoru həmin geyi atıb. Yeni qanuna görə, hər bir ailə bu cür bəxtsiz geylərdən birini himayəyə götürməlidir. Əgər həmin gey bir həftəyə özünə yeni partnyor tapmasa, onda ailə başçısı onun partnyoru olmalıdır.

Səhər yuxudan təlaş içində oyanan ailə başçısı arvadını seçkiyə tələsdirir, deyir ki, "sonra gec olacaq".

Buna da bax: Əli Əliyev və Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldular

Qadın Haqları və LGBT İcmalarının Hüquqlarının müdafiəsi İctimai Birliyi videoçarxı "dəhşətli" adlandırıb, onun homoseksualların haqlarını pozduğunu deyib.

"Qara kub" sosial innovasiyalar mərkəzinin eksperti, politoloq Natalya Kolomeytseva isə deyib ki, videoçarx heç də sıravi seçicilərin gələcəklə bağlı narahatlıqlarını ifadə etmir, bu, hökumətin, Prezident Aparatının narahatlığıdır. "Adi insanların əsas qorxusu yeganə iş yerlərini itirməklə bağlıdır. Onlar yalnız bu haqda düşünürlər, homoseksuallar haqda yox" - deyə o əlavə edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG