Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 10:17

Əli Əliyev və Sərdar Cəlaloğlu prezidentliyə namizəd oldular


Prezident seçkisinə Facebook-la təsir etmək olar?
Gözlə

No media source currently available

0:00 0:15:03 0:00

Prezident seçkisinə Facebook-la təsir etmək olar?

Mərkəzi Seçki Komissiyası (MSK) daha iki nəfərin prezident seçkilərində namizədliyinin irəli sürülməsini təsdiq edib.

Qərar MSK-nın bu gün, fevralın 24-də keçirilmiş iclasında qəbul edilib.

APA-nın xəbərinə görə, MSK Vətəndaş və İnkişaf Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülən Əli Əliyevin və Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülən Sərdar Cəlaloğlunun müraciətini təsdiq edib.

Həmin namizədlərin səlahiyyətli nümayəndələri də qeydə alınıb.

Buna da bax: YAP imzaları MSK-ya təqdim edib

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. Seçki prezident İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 10-dan çox şəxsin namizədliyi təsdiq edilib. Onlardan 7-sinin namizədliyi ötən həftənin sonu təsdiqlənib. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasından Fərəc Quliyev, Sosial Demokrat Partiyasından Araz Əlizadə və Müasir Müsavat Partiyasından Hafiz Hacıyev onların arasındadır. Habelə namizədliyini özü verənlərdən Asif Məmmədovun, Elşən Həsənovun və «Cəbhəçilərin təşəbbüs qrupu»nun namizədi Razi Nurullayevin də namizədliyi təsdiqlənib.

Bundan əvvəl isə 5 iddiaçı sənədlərini MSK-ya təqdim etmişdi. Bunlar da Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Liberal Demokratik Partiyasının rəhbəri Fuad Əliyev, namizədliklərini özləri verən Anar Umudov, Tural Abbaslı və deputat Zahid Oruc idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

XS
SM
MD
LG