Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:04

YAP imzaları MSK-ya təqdim edib


İ.Əliyev

Hakim Yeni Azərbaycan Partiyası (YAP) İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması məqsədi ilə toplanmış seçici imzalarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Bu barədə bu gün, fevralın 23-də YAP mətbuat xidməti məlumat yayıb.

«Seçki Məcəlləsinin tələbinə müvafiq olaraq, prezidentliyə namizədin müdafiəsi üçün tələb olunan 40 mindən az olmayan sayda seçici imzası 60-dan az olmayan seçki dairəsinin hər birinin ərazisindən azı 50 imza olmaq şərtilə toplanmalıdır. Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib», - məlumatda vurğulanır.

Yeni Azərbaycan Partiyasının bu il fevralın 8-də VI Qurultayı keçirilib. Qurultayda prezident seçkilərində YAP-ın sədri, dövlət başçısı İlham Əliyevin namizədliyi irəli sürülüb.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi keçiriləcək. Seçki prezident İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, artıq 15-ə yaxın şəxsin namizədliyi təsdiq edilib.

Bir sıra müxalif qüvvələri isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG