Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı


Avropa İttifaqı ölkələrinin liderləri Rusiya üzərinə Moskvanın Ukraynadakı təcavüzkar hərəkətlərinə görə qoyulmuş iqtisadi sanksiyaları daha 6 müddətinə uzatmaq barədə razılığa gəliblər.

Dekbarın 14-də qəbul edilmiş qərar Moskvaya qarşı sanksiyaların 2018-ci ilin iyuluna qədər uzadılmasını nəzərdə tutur.

Əsas etibarilə Rusiyanın bank və enerji sektorlarını hədəfləyən sanksiyalar ilk dəfə 2014-cü ilin yayında elan edilib və o vaxtdan bəri hər dəfə 6 ay müddətinə uzadılır.

Avropa İttifaqı Birləşmiş Ştatlarla yanaşı sanksiyaları Rusiyanın Krımı ilhaqına və Moskvanın Ukraynanın şərqindəki separatçılara dəstək verməsinə cavab olaraq qoyublar.

Aİ diplomatları dekabrın 8-də anonim şəkildə AzadlıqRadiosuna demişdilər ki, Fransa prezidenti Emmanuel Macron və Almaniya kansleri Angela Merkel Avropa sammitində ölkə başçılarına Rusiya sanksiyalarının müddətinin uzadılmasını tövsiyə edəcəklər.

Ukrayna prezidenti Petro Poroşenko Avropöa İttifaqının sanksiyaları uzatmaq qərarını alqışlayıb.

Poroşenko özünün Facebook səhifəsində yazıb ki, bu, Ukraynanın ərazi bütövlüyünü pozmaqda və ona qarşı hibrid müharibəsi aparmaqda davam edən Rusiyaya münasibətdə çox mühüm qərardır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG