Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini təhlükəli sayır


Rusiya dövlət istiqrazlarına qarşı ABŞ sanksiyalarından bərk narahat idi
Rusiya dövlət istiqrazlarına qarşı ABŞ sanksiyalarından bərk narahat idi

ABŞ Maliyyə Nazirliyinin Konqresə yeni hesabatında xəbərdarlıq edilir ki, Rusiya sanksiyalarının Rusiyanın yeni dövlət istiqrazlarına şamil edilərək genişləndirilməsi bütün qlobal iqtisadiyyatı mənfi təsirləndirə bilər.

Bu hesabat Konqresə yanvarın 29-da təqdim olunsa da, ABŞ mediasına fevralın 2-də bəlli olub.

Hesabatda deyilir ki, Rusiyaya qarşı sanksiyalara Rusiyanın dövlət istiqrazlarının və hökumətin qiymətli kağızlarının daxil edilməsi “həm Rusiya Federasiyasının, həm də Birləşmiş Ştatların investorlarına və bizneslərinə ziyan vura bilər”.

Sənəddə bu da qeyd olunur ki, bu cür sansksiyalar Rusiya iqtisadiyyatının artımını əngəlləyə, bank sektorunu poza və “Rusiyanın ABŞ maraqlarına qarşı cavab reaksiyasına” səbəb ola bilər.

Yanvarın 29-da ABŞ prezidenti Donald Trump-ın administrasiyası Konqresə hökumət rəsmiləri və 96 oliqarx da daxil 210 rusiyalının siyahısını təqdim edib. Bu siyahıdakı şəxslərə qarşı əlavə sanksiyaların irəli sürüləcəyi nəzərdə tutulurdu.

Buna baxmayaraq yeni sanksiyalar tətbiq edilməyib.

Bu sanksiyalar Konqres tərəfindən keçən il əksər səs çoxluğu ilə qəbul edilmiş qanun əsasında tətbiq olunmalı idi. Trump ötən avqustda bu qanunu çox könülsüz şəkildə imzalamışdı.

Qanundakı sanksiyalar ABŞ prezidennt seçkisinə gizli müdaxilə kampaniyasına şəxsən Vladimir Putin tərəfindən komanda verilməsinə cavab olmalı idi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG