Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:49

Rusiyaya qarşı yeni sanksiyalar maliyyə və energetika sektorlarını əhatə edəcək


Senator John McCain
Senator John McCain

Bir qrup ABŞ senatorunun Rusiyaya qarşı hazırladıqları sanksiyalar maliyyə və energetika sektorlarını əhatə edir.

Bu barədə ABŞ-ın kütləvi informasiya vasitələri məlumat yayıb.

5 respublikaçı və 5 demokratın hazırladığı qanun layihəsi artıq Senata təqdim edilib.

Sənəddəmal göndərilməsi və xidmətdə daxil olmaqla, Rusiyanın karbohidrogen sektoruna 20 milyon dollardan artıq sərmayə qoyan hüquqi və fiziki şəxslərə qarşı sanksiya tətbiq edilməsi nəzərdə tutulur.

Həmçinin il ərzində Rusiyada boru-kəmər tikintisinə 5 milyon, o cümlədən mülki nüvə obyektlərinə 1 milyon dollardan artıq sərmayyə qoyan investorlara qarşı sanksiyalar tətbiq ediləcək.

Müəlliflər hesab edir ki, Rusiyaya aid borcların alış-verişi ilə məşğul olan, habelə Rusiya müəssisələrinə aid aktivləri alan şirkət və hüquqi şəxslər də sanksiyalara düşməlidir.

Sanksiyalar ABŞ şirkətləri və vətəndaşları ilə yanaşı, 3-cü ölkələri də əhatə edir.

Bundan əvvəl verilən məlumatlarda, yeni sanksiyaların Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi ilə bağlı olduğu bildirilirdi.

Qanun layihəsini konqresin hər iki palatası qəbul etməli, sonra isə imzalanmaq üçün prezidentə göndərilməlidir.

Ağ ev hələlik qanun layihəsini şərh etməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG