Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 22:44

ABŞ Kremllə bağlı sanksiyalar siyahısını uzatdı


ABŞ Maliyyə Nazirliyi
ABŞ Maliyyə Nazirliyi

ABŞ Maliyyə Nazirliyi Ukraynanın şərqində gedən münaqişə və Krımın ilhaqı ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan 34 fərdi və şirkəti özünün sanksiyalar siyahısına əlavə edib

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, Birləşmiş Ştatlar Ukraynanın şərqində gedən münaqişə və Krımın ilhaqı ilə birbaşa və ya dolayısı ilə əlaqəli olan 34 fərdi və şirkəti özünün sanksiyalar siyahısına əlavə edib.

Kreml bu qərara dərhal reaksiya verərək, onu düşmənçilik addımı adlandırıb və buna xarakteri hələlik bəlli olmayan əks-tədbirlərlə cavab veriləcəyini bəyan edib.

ABŞ-ın bu qərarından bir gün əvvəl Avropa İttifaqı da Rusiyaya qarşı sanksiyaların uzdılması barədə qərar qəbul etmişdi.

Putinin “cüdo dostları”

ABŞ-ın Maliyyə Nazirliyi tərəfindən açıqlanmış siyahıdakı bir neçə şirkət Kremllə yaxın bağlara malik olan biznesmenlərə aiddir. Bunların arasında neft ticarətçisi Gennady Timchenko və milyarder sənayeçi Arkady və Boris Rotenberg qardaşları da var. Milyarder qardaşlar Putinin cüdo yoldaşları hesab edilirlər.

Gennady Timchenko arxa planda
Gennady Timchenko arxa planda

Bununla əlaqədar verilmiş bəyanatda deyilir ki, sanksiyalar yalnız Rusiya Minsk razılaşmasına tam əməl etdiyi təqdirdə qaldırıla bilər. Bu sazişə Rusiyanın Ukraynaya onun öz sərhədləri üzərində nəzarəti qaytarması da daxildir.

Özünün müstəqil elan etmiş “Donetsk və Luqansk xalq respublikalarının” bir sıra rəsmiləri də sanksiyalar siyahısına əlavə edilib. Bura özlərini “Luhansk Xalq Respublikası”nın baş naziri və baş nazirin müavini təyin etmiş Sergey Tsyplakov və Vasily Nikitin-in də adları əlavə olunub.

Krım müəssisələri

ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısındakı yeni adlar arasında devrilmiş Ukrayna prezidenti Yanukovych-in keçmiş rəsmiləri də var. Bunlardan bir də nümayişçilərə atəş açmaq əmri veridiyi söylənən keçmiş daxili işlər naziri Vitaly Zakharchenko-dur.

Ukraynanın keçmiş daxili işlər naziri Vitaliy Zakharchenko
Ukraynanın keçmiş daxili işlər naziri Vitaliy Zakharchenko

Sanksiyalar siyahısında dövlət şirkətlərinin filialları – VTB və Sberbank bankları, habelə bir sıra müdafiə firmalarını birləşdirən Rostec konqlomeratı da var.

İlhaq edilmiş Krımdakı üç şərabçılıq zavodu, bir kinostudiya, kurort və bir neçə banklar da bu siyahıya əlavə edilib.

Kremlin sözçüsü Dmitry Peskov Rusiya mediasına bildirib ki, Moskva ABŞ-ın uzadılmış sanksiyalar siyahısı ilə bağlı əks-tədbirlərin görülməsi məsələsinə baxır.

O deyib ki, bu düşmənçilik addımı iki ölkə arasındakı ikitərəfli münasibətlərə dağıdıcı təsir göstərir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG