Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:17

Kerry Rusiyaya sanksiyalardan danışdı


John Kerry

“Əgər Moskva ona qarşı tətbiq edilmiş sanksiyaların ləğvini istəyirsə, Minsk razılaşmasına əməl etməlidir”.

Bunu dekabrın 2-də ABŞ Dövlət katibi John Kerry NATO ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə deyib.

O bildirib ki, prezident Barack Obama 20-lər ölkələrinin sammitində bir daha bildirib ki, Minsk razılaşmasının bütün şərtləri tam yerinə yetirilməlidir.

Kerry bunun mümkün olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ və digər Qərb ölkələri ötən il Krımın Rusiya tərəfindən ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.

Qərb Rusiyanı Ukraynanın şərqindəki rusiyapərəst separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

XS
SM
MD
LG