Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:47

Rusiya ruhaniləri Moskva etirazçılarının müdafiəsinə qalxır


Rusiya həbsxanalarından birindəki kilsə

AzadlıqRadiosunun Rus xidməti xəbər verir ki, Rusiya Pravoslav Kilsəsinin ruhaniləri “Moskva işi” kimi tanınan cinayət işi üzrə ittiham olunanların müdafiəsi üçün açıq məktubla çıxış ediblər.

Onlar artıq mühakimə olunmuşların və məhkəmələrini gözləyənlərin işlərinə yenidən baxılmasını tələb edirlər.

Qırxadək ruhani xadimin imzaladığı açıq məktub “Pravoslaviye i mir” jurnalında dərc olunub.

Ruhanilər Konstantin Kotova çıxarılan hökmü “misli görünməmiş qəddar cəza” adlandırırlar.

Məhkəmə mitinqlərin keçirilməsi qaydalarını dəfələrlə pozduğuna görə Kotovu 4 il müddətinə azadlıqdan məhrum edib.

Kilsə xadimləri bildirirlər ki, cəza qanun pozuntusuna müvafiq olmalıdır:

"Məhkəmə prosesləri repressiya xarakteri daşımamalıdır. Məhkəmələrdən narazıların susdurulması üçün vasitə kimi istifadə oluna bilməz. Qüvvə tətbiqi əsassız qəddarlıqla həyata keçirilməməlidir”.

Sentyabrın 8-də Moskva Şəhər Dumasına seçkilər keçirilib.

Seçki kampaniyası ərzində seçkiyə buraxılmayan müxalifətçi namizədlərə çoxsaylı dəstək aksiyaları keçirilib.

İyulun 27-də Moskvanın mərkəzində keçirilmiş etiraz aksiyasından sonra Rusiya İstintaq Komitəsi kütləvi iğtişaşlar və polisə qarşı zorakılıq ittihamları ilə cinayət işinə başlayıb.

Bu iş üzrə 16 nəfər şübhəli sayılırdı. Sonradan onların bəzilərinə qarşı cinayət işinə xitam verilib.

İnsan haqları müdafiəçiləri, habelə Rusiyanın bir çox tanınmış ziyalıları iyulun 27-də Moskvanın mərkəzində baş verənlərin “kütləvi iğtişaş” olmadığını deyirlər.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG