Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 13:27

Rusiyanın partiya sistemi ‘dağılır’


Vladimir Putin Moskvada səs verir, 8 sentyabr, 2019-cu il
Vladimir Putin Moskvada səs verir, 8 sentyabr, 2019-cu il

Prezident Vladimir Putin və komandası üçün 8 sentyabr – regional seçkilərin nəticələri qarışıq oldu. Siyasi baxımdan Kreml böyük məğlubiyyət yaşadı. Müxalifət lideri Alexei Navalny-nin strategiyası Moskvada və Uzaq Şərqdə uğurlu oldu.

Ancaq müxalifət vəzifədə olan qubernatorların heç birini kənarlaşdıra bilmədi... Hələ Kremlin dəstəkləmədiyi namizədlərin də neçəsinin “müxalifət” çıxacağı bəlli deyil. “The Moscow Times” qəzetində Aaron Schwartzbaum yazır ki, bu səbəbdən “seçkini kim uddu” sualını cavablandırmaq çətindir.

Müəllifin fikrincə, indi ən aydını Putin prezidentliyinin əsas göstəricisi olan “idarəolunan demokratiya”nın idarə olunmasının getdikcə çətinləşməsidir. Bu səbəbdən Rusiyanın partiya sistemində bəzi ciddi dəyişikliklərin baş verə biləcəyini yazır.

Sistem müxalifəti nəyi dəyişə bilər

Navalny-nin “smart səsvermə” strategiyasının hədəfi Vahid Rusiya partiyasına müxalif namizədlərə səs vermək idi.

“Smart səsvermə indiyədək Rusiyanın siyasi sistemində vacib sabitləşdirici alətə fokuslanmışdı: Sonucda Kremli dəstəkləyən, ancaq eyni zamanda narazı seçiciləri parçalayan loyal sistem müxalifətinin mövcudluğuna. Bu müxalifət partiyaları indiki düzənin dağılmasında maraqlı olmasalar da, seçiciləri səfərbər edə, Kremldən güzəştlər qopara bilirlər”, – yazan müəllif “Smart Səsvermə”nin coğrafi əhatəsinin böyük olmadığını, qubernator vəzifəsini icra edənləri yerindən tərpədə bilmədiyini vurğulayır.

Rusiyada Duma seçkilərinə iki ildən az qalır və müəllifin fikrincə, iqtisadi göstəricilərdə kardinal dəyişiklik gözlənilmir. Yetkin yaşlıların yalnız 32 faizi deyir ki, gələn bazar seçki keçirilsə, Vahid Rusiyaya səs verərlər.

“Bu arada sistematik müxalif siyasətçiləri aşağıdan (yuxarıdan deyil) dəstəkləyən elektorat var. Bu, onların daha çox güzəşt tələb etməsinə, daha müstəqil hərəkət etməsinə yol aça bilər... Sistem müxalifətinin dəyişəcəyini söyləmək çətindir. Ancaq Kommunist və Liberal Demokratik partiyaların daha gənc və dinamik liderlərin gəlməsi Kreml üçün durumu pisləşdirə bilər. Alternativ olaraq, Vahid Rusiya yerinə Ümum-Rusiya Xalq Cəbhəsi təşkilatının işə salınması yeni isteblişment partiyasının ortaya çıxması demək olar”, – müəllif yazır və belə bir addımın bir neçə ildir proqnozlaşdırıldığını vurğulayır.

Bu arada Putin-in “baş aşpazı” sayılan Yevgeny Prigozhin-in komandasının ikipartiyalı sistem təklif etdiyi bildirilir. Müəllif Rusiya siyasətində proqnoz verməyin, onu idarə etməyin getdikcə çətinləşdiyini, nəyinsə qurban verilə biləcəyini qeyd edir.

XS
SM
MD
LG