Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:29

Rusiya təkcə avqustda ehtiyat fondunun beşdə birini itirib


Rusiya mediasında yayılan xəbərlərə görə ölkənin Maliyyə Nazirliyi bu il artıq üçüncü dəfə olaraq büdcə kəsirini doldurmaq üçün ehtiyat fondunun vəsaitindən istifadə edib.

Büdcəyə bu cür dəstək tədbirləri nəticəsində hazırda Rusiyanın ehtiyat fonldlarında 7 trilyon rubldan (108 milyard dollar) az pul qalıb.

Avqust ayında isə Rusiya ehtiyat fondlarının az qala beşdə birini – 18, 4 faizini (2, 09 trilyon rubl) itirib.

Bu, son alytı ayda ehtiyat fondunun ən böyük azalmasıdır.

Məlumatda bildirilir ki, ötən ay federal büdcənin kəsirini ixtisar etmək məqsədilə 390 milyard rubl xərclənib.

Sözü gedən 390 milyard rubl 3 milyard dollar, 2, 5 milyard avro və 0, 31 milyard funt sterlinq şəklində ödənib.

Daha 80 milyard rubl valyuta hesablarının qiymətləndirilməsinə görə itirilib.

Bundan başqa 2016-cı ilin əvvəllərindən Rusiyanın ehtiyat fondu 380 milyard rubl yalnız məzənnə fərqlərinə görə itirməli olub.

Milli Rifah Fondundan avqust ayında pul xərclənməsə də onun ehtiyartları 123 milyard rubl azalaraq 4, 71 trilyon rubl olub.

Rusiya Maliyyə Nazirliyi 2016-cı ildə suveren fondlardan 2, 1 trilyon rubl xərcləməyi planlaşdırmışdı.

Lakin düşən neft qiymətlərinə görə bu limitə əməl etmək mümkün olmayıb. Beləki Rusiya büdcəsi neftin bir barreli üçün 50 dollardan hesablanmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG