Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Rusiya regionları da Konstitusiya dəyişikliklərini təsdiqlədilər


Rusiyanın bütün regional qanunverici orqanları cəmi iki günə prezident Vladimir Putinin xeyrinə olan Konstitusiya dəyişikliklərini təsdiqləyiblər.

Daha əvvəlki Konstitusiya dəyişikliklərini müzakirə etmək daha çox zaman almışdı.

Konstitusiyaya dəyişikliklərdən biri də Vladimir Putin və Dmitry Medvedevin prezidentlik müddətlərinin “sıfırlanması” barədədir.

Başqa sözlərlə Putinin indiyədək etdiyi prezidentlik, necə deyərlər, “sayılmır” və indi o, sıfırdan başlaya bilər.

Bundan sonra dəyişikliklərə Konstitusiya məhkəməsi baxacaq. Ümumxalq səsverməsi aprelin 22-də keçiriləcək.

XS
SM
MD
LG