Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:02

Qırğızıstanda Putinə ‘təcavüzkar’ və ‘qatil’ plakatı qaldıran ər-arvad saxlanıb


Putinin Bişkekə səfəri əsnasında 65 ikitərəfli müqavilə imzalanıb
Putinin Bişkekə səfəri əsnasında 65 ikitərəfli müqavilə imzalanıb

AzadlıqRadiosu xəbər verir ki, martın 27-də prezident Putinin Qırğızıstana səfəri ərəfəsində Rusiyanın Bişkekdəki səfirliyinin qarşısına iki fəal - Nurlan Karimshakov və onun həyat yoldaşı Gulzana İmayeva çıxıblar.

Onların əllərində “Putin – təcavüzkardır”, “Qatil” və “Bizə hərbi baza lazım deyil” plakatları vardı.

Polis onları demək olar ki, həmin an saxlayıb və onlar millətlərarası ədavəti qızışdırmaqda ittiham olunublar.

Vəkillərin dediyinə görə bu maddə ilə onlara 10 il iş kəsilə bilər. Fəalların evində axtarış aparılıb.

İnsan haqları müdafiəçiləri bildirirlər ki, Karımshakov və onun arvadını Bişkek baş polis idarəsinə aparıblar. Orada onlara 15 saat ərzində nə su, nə də yemək verilib.

Rusiya Qırğızıstandakı bazasını genişləndirir

Rusiya prezidenti Vladimir Putinin Qırğızıstana birgünlük səfəri ərzində iki tərəf bu ölkədəki Rusiya hərbi bazasının ərazisini 60 hektar artırmaq barədə razılığa gəliblər.

Rusiyanın hüquqi sənədlər saytında yerləşdirilmiş protokolda deyilir ki, Qırğızıstanın şimalındakı Kant məntəqəsində yerləşən Rusiya hərbi hava bazasının illik icarə haqqı 4. 5 milyon dollardan 4, 7 milyon dollara çatdırılacaq.

Bu razılaşmada bazanın ərazisində dronlardan istifadə qaydaları da müəyyənləşdirilir.

Qırğızıstan silahlı qüvvələrinin generalı Raiymberdi Duishenbiev müxbirlərə deyib ki, saziş habelə bazadakı uçuş-eniş zolaqlarının modernləşdirilməsini nəzərdə tutur.

Saziş qüvvəyə minməzdən əvvəl iki ölkə tərəfindən ratifikasiya edilməlidir.

Qırğızıstanda Rusiyanın başqa hərbi obyektləri də var. Bunlar İssık-Kul gölündəki donanma bazası, Mayluu-Suu şəhərindəki seysmoloji mərkəz və Qırğızıstan-Qazaxıstan sərhədi yaxınlığındakı Çaldıbar şəhərində kommunikasiya mərkəzidir.

2012-ci ildə bütün bu dörd obyekt vahid Rusiya Hərbi bazası adı ilə birləşdirilib.

Ötən ay Qırğızıstana səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Moskva əgər Bişkekin etirazı yoxdursa, bu ölkənin ərazisində ikinci Rusiya bazasının açılması ideyasına yaxşı baxır.

Lavrovun bu bəyanatından üç gün əvvəl Qırğızıstanın Rusiyadakı səfiri Alikbek Jekshenkulov demişdi ki, Qırğızıstan ölkəin cənubunda ikinci Rusiya bazasının açılacağını istisna etmir.

Halbuki Qırğızıstanda Rusiyanın daha bir bazasının açılacağına dair söhbət və şayiələr artıq aylardır ki, dolaşırdı.

Bişkekə səfərin başlanğıcında Jeenbekov və Putin bəyan ediblər ki, Qırğızıstan və Rusiya “iki etibarlı müttəfiq və strateji partnyordur”.

Qırğızıstan baş naziri Jenish Razakov deyib ki, Putinin səfəri ərzində iki ölkə arasında ümumi dəyəri 12 milyard dollar olan 65 müqavilənin imzalanacağı gözlənilir.

Rusiya borcları silir

Bu da xəbər verilir ki, Putinin Bişkekə səfərinin ərəfəsində Rusiyanın Qırğızıstana təmənnasız olaraq 30 milyon dollarlıq maliyyə yardımı edəcəyi məlum olub.

Son 11 il ərzində Rusiya Qırğızıstanın ona olan 700 milyon dollar borcunu bağışlayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG