Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:55

Rusiya Qırğızıstanda ikinci hərbi baza açacaqmı?


Qırğızıstan prezidenti Sooronbay Jeenbekov (sağda) və Rusiyanın xarici işlər naziri Sergei Lavrov fevralın 4-də Bişkəkdə görüşüblər
Qırğızıstan prezidenti Sooronbay Jeenbekov (sağda) və Rusiyanın xarici işlər naziri Sergei Lavrov fevralın 4-də Bişkəkdə görüşüblər

Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, Bişkək Moskvaya Qırğızıstanda ikinci hərbi bazanın açılmasını təklif etməyib, amma Rusiyanın bu məsələnin müzakirəsinə açıq ola biləcəyini deyib.

Fevralın 4-də Bişkəkdəki Qırğız-Rus Slavyan Universitetinin tələbələri qarşısında çıxış edən Lavrova Rusiyanın Mərkləzi Asiyada ikinci baza açmaq niyyətində olub-olmadığı barədə sual verilib.

“Bu barədə ilk dəfə eşitdiyini” iddia edən Lavrov bildirib ki, “bu, bizim təşəbbüsümüz deyil”.

Mərkəzi Asiya ölkələrinə səfər turuna Qırğızıstandan başlayan Rusiya xarici işlər naziri deyib:

"Biz qırğız dostlarımızla təhlükəsizliyə aid ideyaları müzakirə etməyə hazırıq”.

Rusiyanın Qırğızıstanda ikinci hərbi bazanı açacağına dair şayiələr Rusiyada və Qırğızıstanda artıq aylardır ki, dolaşır.

Rusiyanın Qırğızıstanın cənubundakı Kant məntəqəsindəki bazası 2003-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının himayəsi altında açılıb.

Qırğızıstan Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Tacikistanla birlikdə bu təşkilatın üzvüdür.

Paytaxt Bişkəkin ətrafındakı hərbi hava bazasında ABŞ qoşunları Əfqanıstan kampaniyası çərçivəsində 2001-ci ildən yerləşmişdi. Lakin Qırğızıstan bu bazanı 2014-cü ildə Rusiyanın təzyiqi ilə bağlayıb.

Qırğızıstan
Qırğızıstan

2018-ci ilin dekabrında Qırğızıstan prezidenti Sooronbai Jeenbekov demişdi ki, Bişkək Mosklva ilə daha bir Rusiya bazasının açılması məsələsini müzakirə etmir.

Bununla belə mart ayında Jeenbekov demişdi ki, Rusiya bazasının açılması məsələsi 2017-ci ilin oktyabrında, hələ o prezident seçilməzdən əvvəl müzakirə olunub.

2017-ci ilin əvvəllərində ovaxtkı prezident Almazbek Atambaev demişdi ki, Rusiya Kantdakı bazada əsgərlərin sayını artırmaqdansa, Qırğızıstan-Tacikistan sərhədinin Batken regionunda qoşun yerləşdirə bilər.

O bildirmişdi ki, bu məsələ bir neçə il bundan əvvəl də müzakirə olunub, lakin maliyyə çatışmazlığı ucbatından baş tutmayıb.

Bundan başqa 2017-ci ildə Kantdakı hərbi hava bazası və Rusiyanın üç hərbi hissəsi rəsmi olaraq bir bazada birləşdirilib.

Lavrov Tacikistana fevralın 5-də, Türkmənistana isə fevralın 6-da səfər edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG