Keçid linkləri

2026, 28 May, cümə axşamı, Bakı vaxtı 20:12

Qazaxıstanda ilk AES-i Rusiya tikəcək

Rusiya prezidenti Vladimir Putin mayın 27-də Qazaxıstana dövlət səfərinə gəlib.
Rusiya prezidenti Vladimir Putin mayın 27-də Qazaxıstana dövlət səfərinə gəlib.

Rusiya mayın 28-də Qazaxıstanla bu ölkədə ilk atom elektrik stansiyasının tikintisinə dair saziş imzalayıb.

Mərkəzi Asiyanın ən böyük ölkəsi olan Qazaxıstan dünyanın ən böyük uran istehsalçısıdır, lakin sovet dövründə nüvə sınaqlarının nəticələrindən zərər görüb. Astana azı son 20 ildə atom enerjisindən istifadə imkanını müzakirə edirdi.

"Bu gün Balxaş AES-in tikintisi ilə bağlı imzalanmış sazişin rolu vacibdir", – Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Astanada Rusiya prezidenti Vladimir Putin ilə görüşdə deyib. O, Putinə bu iri layihənin gerçəkləşməsinə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Tərəflər stansiyanın tikintisini maliyyələşdirmək üçün Rusiyanın ixrac krediti ayırmasına dair saziş də imzalayıblar.

Qazaxıstan 2024-cü ildə keçirilən referendumda atom elektrik stansiyasının tikintisini dəstəkləyib. Stansiya ölkənin cənub-şərqində, Balxaş gölünün sahilində yerləşən Ülken kəndində tikiləcək.

Qazaxıstanın nüvə enerjisi agentliyi ötən ay bildirmişdi ki, iki reaktordan ibarət olacaq atom elektrik stansiyasının 15 milyard dollarlıq dəyərinin təxminən 85 faizini Rusiya kredit şəklində maliyyələşdirəcək.

20.5 milyon əhalisi olan Qazaxıstan 2035-ci ilə qədər nüvə enerjisinin ümumi gücünü 2.4 giqavata çatdırmağı hədəfləyir.

XS
SM
MD
LG