Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

ABŞ Şimal Axını 2 qaz kəmərinə sanksiya qoyula biləcəyini deyir


Rusiya və ABŞ enerji nazirləri Aleksandr Novak (sağda) və Rick Perry sentyabrın 13-də Moskvada görüşüblər
Rusiya və ABŞ enerji nazirləri Aleksandr Novak (sağda) və Rick Perry sentyabrın 13-də Moskvada görüşüblər

ABŞ-ın enerji naziri Rick Perry deyib ki, Vaşinqton Rusiya və Almaniya arasında çəkiləcək sualtı qaz kəmərinə görə sanksiyalar qoymaq hədələrini gerçəkləşdirə bilər.

Sentyabrın 13-də Moskvada Rusiyanın enerji naziri Aleksandr Novakla yanaşı danışan Perry Rusiyanı “məsuliyyətli təchizatçı” olmağa və öz ehtiyatlarından “nüfuz və pozuculuq” üçün sui-istifadəni dayandırmağa çağırıb.

Şimal Axını 2 layihəsi hazırda Avropa İttifaqına nəql olunan Rusiya qazının (ildə 110 milyard kubmetr) həcmini iki dəfə artırmalıdır. Bu Avropa İttifaqının bütün qaz istehlakının 25 faizini təşkil edir.

Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək 1230 kilometrlik kəmər ənənəvi tranzit olan Ukrayna ərazisindən yan keçməlidir.

Rusiyalı həmkarı ilə keçirdiyi birgə mətbuat konfransında “ABŞ Şimal Axını 2 layihəsinə qarşı cəzalandırıcı tədbirlər elan edə bilərmi” sualına Perry “bəli” cavabını verib:

“Nazir Novak və mən hər ikimiz razıyıq ki, sanskiyalar - getmək istədiyimiz istiqamət deyil”.

Perry sanksiyaların Şimal Axını 2 layihəsinin hansı mərhələsində gercəlkləşə biləcəyi barədə suala cavabdan yayınıb.

Birləşmiş Ştatlar, Polşa və Baltik ölkələri, habelə bir neçə Avropa İttifaqı üzvü bu layihə ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bir çox siyasətçilər bu qənaətdədirlər ki, layihə Qərbi Avropanın Rusiya qazından asılılığını artıracaq.

ABŞ prezidenti Donald Trump ona Şimal Axını 2 layihəsində iştirak edən şirkətlərə sanksiya qoymaq səlahiyyəti verən fərman imzalayıb. Bu layihəyə Gazprom-la yanaşı bir sıra Avropa investorları sərmayə yatırıblar.

Kreml israr edir ki, Şimal Axını 2 layihəsinə qarşı mümkün sanksiyalar iqtisadi motivlidir və ABŞ maye qazının maraqlarına xidmət edir.

Perry Moskva görüşü zamanı deyib ki, bu kəmər “dar və dayaz dəniz məkanında” təhlükəli vəziyyət yarada bilər.

O əlavə edib ki, ABŞ “avropalıların yeganə təchizatçıdan asılı olmamaq istəyini və rəqabətliyin artmasını dəstəkləyir”.

Novak bildirib ki, Moskva “enerjinin təzyiq vasitəsinə çevrilməsinin yolverilməzliyi ideyasına” tərəfdardır, lakin istehlakçılar “təchizatçıları seçmək imkanına malik olmalıdırlar”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG