Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

Putinin İnsan Haqları Şurasının 28 üzvü polis zorakılığına qarşı çıxır


Moskvada 27 iyul aksiyasının dağıdılması
Moskvada 27 iyul aksiyasının dağıdılması

Avqustun 12-də Rusiya prezidenti yanında İnsan Haqları Şurası üzvlərinin yarıdan çoxu Exo Moskvı radiosunun saytında dərc etdirdikləri bəyanatda son vaxtlar paytaxtda keçirilən etiraz aksiyalarından və onların dağıdılmasından söz açıblar.

Bəyanatda polis zorakılığından, adamların saxlanma metodlarından “ciddi narahatlıq” ifadə olunur.

Mitinqlərin Youtube-da canlı yayınlanması Kremli hiddətləndirib
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Sənəddə deyilir ki, hüquq-mühafizə orqanlarının belə hərəkətlərini “normal” hesab etmək olmaz və adamların qanunsuz saxlanması praktikasına son qoyulmalıdır.

Bu bəyanatı prezidnet yanında İnsan Haqları Şurasının 28 üzvü imzalyıb. Şurada 50 üzv var.

Bəyanatda deyilir:

“Biz 12 iyun, 20 iyul, 27 iyul, 3 avqust mitinqlərində olmuşuq. Biz kütləvi iğtuşaş yox, adamların kütləvi və əsassız saxlanmasının, polis zorakılığının, protokolların saxtalaşdırılmasının, adamların müdafiə, şərəf vətəhlükəsizlik hüququnun pozulmasının şahidi olmuşuq”.

Bəyənatda bildirilir ki, bu sənəd Vəkillərin Federal Palatasının, Moskva Vəkillər Palatasının, İşgəncələrə qarşı Komitənin, Moskva Helsinki Qrupunun və başqa insan haqları təşkilatlarının mövqeyi ilə üst-üstə düşür.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, beləliklə Rusiya prezidenti yanında İnsan Haqları Şurası vətəndaşların ədalətli seçki uğrunda kütləvi çıxışları və hüquq-mühafizə orqanlarının vətəndaş aksiyalarının dağıdılması zamanı zorakılığa yol verməsi məsələsində yekdil rəyə gələ bilməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG