Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:21

Pensiyaçı artımı baş nazirin 'başına çırpdı"


Dmitry Medvedev
Dmitry Medvedev

Rusiyada bir təqaüdçü - Viktor Smirnyaqin pensiyanın artırılmış hissəsini baş nazir Dmitry Medvedevə göndərib.

Xəbəri Rusiyanın gazetapik.ru saytı Moskva şəhər Kommunist Partiyasınanın mətbuat xidmətinə istinadən yayıb.

Smirnyaqin deyib ki, pulu köçürmək onun azı bir saat vaxtını alıb, poçt işçiləri müxtəlif bəhanələrlə əməliyyatı icra etməməyə çalışıblar. Təqaüdçü 60 rubl artımı göndərmək üçün 133 rubl xərcləyib.

Viktor Smirnyaqin bütün təqaüdçüləri "artımı" geri qaytarmağa çağırıb.

"Bəlkə onlar bu zaman bizi eşidərlər. Dayanmadan hər yerdə öyünə-öyünə danışdıqları artımı - qəpik-quruşu başlarına çırpsaq bəlkə bizi eşidərlər. Utansınlar... Ehh kimə deyirsən ki,.." - Smirnyaqin məktubunda yazır.

Aprelin 1-dən etibarən Rusiya hökuməti pensiyanı 1.5 faiz qaldırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG