Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:31

İlham Əliyev: 'Avropada miqrantlara hücumlar edirlər'


Tatyana Moskalkova. 25 aprel, 2016
Tatyana Moskalkova. 25 aprel, 2016

“Bu gün dünyada, xüsusilə Avropada miqrantlarla bağlı problemlər çox kəskin xarakter alıb. Miqrantlara müəyyən siyasətçilər və kütləvi informasiya vasitələri açıq hücumlar edirlər. Bu hücumlar məhz multikulturalizm ideyalarına olan hücumlar kimi dəyərləndirilməlidir”.

Dekabrın 28-də Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanı qəbul edən prezident İlham Əliyev belə deyib.

Bu barədə dövlət başçısının rəsmi saytı xəbər yayıb.

Buna da bax:​ Azərbaycanda irqçilik və dözümsüzlük - Avropdan tərif və tənqid gəldi

Prezident Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu, bu sahədə böyük işlərin görüldüyünü qeyd edib. Multikulturalizm və insan hüquqlarının çox aktual mövzular olduğunu vurğulayan İ.Əliyev mövcud problemlərin həllində vahid standartların tətbiq olunması məsələsinin müzakirəsinin önəm daşıdığını qeyd edib.

T. Moskalkova Azərbaycan və Rusiyanın ombudsmanları arasında imzalanan müqavilədən, dekabrın 28-də multikulturalizm və insan hüquqları ilə bağlı Bakıda düzənlənən konfransın önəmindən danışıb.

Buna da bax: Xarici miqrasiya 41 faiz artıb

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

T. Moskalkova Bakıda multikulturalizm və insan hüquqları ilə bağlı keçirilən konfransın işində iştirak etmək məqsədi ilə Azərbaycana gəlib.

Azərbaycanda Ombudsman institutu 14 il əvvəl yaranıb. O vaxtdan bu quruma Elmira Süleymanova rəhbərlik edir. Azərbaycanda Ombudsman Aparatına hüquq müdafiəçiləri arasında birmənalı münasibət yoxdur. Bəzi hüquq müdafiəçiləri Ombudsman Aparatının işgəncə şikayətlərini hüquq mühafizə orqanları kimi bir qayda olaraq təkzib etməsini tənqid edirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG