Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Sentyabr, çərşənbə, Bakı vaxtı 04:47

Rusiya ‘saxta neft xəbərlərindən’ 6 milyard dollar qazanıb


Rusiyanın enerji naziri Aleksandr Novak və OPEC-in prezidenti Mohammed bin Saleh al-Sada İstanbulda keçirilmiş enerji konfransında

Brent markalı neftin qiyməti bazar ertəsi sıçrayış edərək bir barrel üçün 55 dollara çatıb.

Bu, son 16 ayda ən yüksək qiymətdir və yüksəliş neft ixrac edən ölkələrin hasilatın ixtisarına dair ötən həftə əldə olunmuş razılığı ilə bağlıdır.

Bu yüksəlişin hələ bir müddət davam edəcəyi proqnozlaşdırılır, belə ki, bu həftəsonu Vyanada OPEC və qeyri-OPEC ölkələri nümayəndələrinin görüşəcəyi və hasilatın ixtisarı barədə qərarı yekunlaşdıracağı gözlənilir.

Başqa sözlərlə neft bu dəfə də “xoş xəbərlərin” təkanı ilə qalxıb. Halbuki neft bazarındakı qeyri-müəyyənlik davam edir.

Əvvəla hasilatın ixtisarına ilkin razılıq vermiş OPEC üzvləri kimin payına nə qədər ixtisar düşəcəyi barədə məsələni müzakirə etməyiblər, hərçənd bu, daha çətin müzakirə olacaq.

İkincisi, ən böyük sirr ABŞ nefti ilə bağlıdır. Təhlilçilər çoxdan bəri deyirdilər ki, neftin bir barrelinin 50 dollardan yüksək olması bazarı Amerika nefti ilə dolduracaq.

Bütün bunlar hələlik yalnız xəbərdir, lakin neft qiymətlərinin müəyyənləşməsində xəbərlərin rolu müstəsnadır.

Məsələn, Bloomberg News saytının bu günlərdə verdiyi xəbərə görə Rusiya OPEC-lə hasilatı azaltmaq və neft qiymətlərini qaldırmaqbarədə elə-belə söhbətlər etməklə 6 milyard dollar qazanıb.

Bloomberg saytında Leonid Berşidski yazır ki, bütün iqtisadiyyatı və əhalisinin yaşayışı əsas etibarilə neft ixracatından asılı olan Rusiyanı özünün təbliğat maşınını işə salmaqda günahlandırmaq ədalətli olmazdı.

Neft barədə söz-söhbətlər neftin qiymətini qaldırır.

Saxta xəbərlər bazarı

Ən son xəbər isə budur ki, Rusiya yanvar ayınadək hasilatı günə 300 min barrel azaltmağı vəd edib…amma “texniki baxımdan mümkün olarsa…”

Bu OPEC üzvlərinin öz aralarında razılığa gəldikləri ixtisarın 25 faizi qədərdir.

Berşidski yazır ki, elə bu xəbərin ardınca Rusiya hasilatı…520 min barrel artırıb…

Başqa sözlərlə, Rusiya qalxan qiymətlərdən hasilatı da artırmaqla ikiqat gəlir götürür.

Məsələn, indi Rusiya hasılatı lap vəd etdiyi kimi 2, 7 faiz azaltsa da, ötən həftədən bəri 7 faiz qalxmış qiymətlərdən yaxşı mənfəət götürəcək.

Bloomberg yazır ki, məhz elə bu səbəbə görə də hazırkı qiymətlər dayanıqlı olmasa, Rusiya və OPEC vəd etdikləri hasilat azalması vədinə əməl etməyəcəklər.

Səudiyyə əvvəllər də qiymətləri “öldürərək” özündən zəif hasilatçıları bazardan didərgin salıb, amma indi artıq bunu, öz bazar payından Rusiya və İrana uduzmadan edə bilmir.

Berşidskinin firkincə neft hasilatçıları arasındakı razılaşmaların yayğınlığına görədir ki, Səudiyyə qatı düşməni İranın hasilatı artırması ilə razılaşıb.

“İndiyədək heç bir OPEC razılaşmasına sonadək əməl olunmayıb – yazır Berşidski, - Neft bazarı saxta xəbərlər bazarıdır…”

XS
SM
MD
LG