Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:57

NATO və Rusiyanın ‘raket danışıqları’ nəticəsiz oldu


NATO-nun baş katibi Jens Stoltenberg
NATO-nun baş katibi Jens Stoltenberg

NATO və Rusiya nümayəndələri arasında Rusiyanın yeni qitələrarası raketi ilə bağlı mübahisəyə həsr olunmuş danışıqlar nəticəsiz başa çatıb. Bu barədə məlumatı NATO-nun baş katibi Jens Stoltenberg yanvarın 25-də verib.

Alyans sözü gedən raketin Avropa üçün yeni təhlükə yaratdığl qənaətdindəir. Stoltenberg deyib ki, bu uğursuz danışıqlardan sonra, indi Soyuq müharibə dövründən qalma mühüm beynəlxalq müqavilənin gələcək taleyi məchul qalır.

1987-ci ildə Birləşmiş Ştatlar və ovaxtkı Sovet İttifaqı arasında imzalanmış Ortamənzilli Raketlərə dair Müqavilə (INF) 500 kilometrdən 5500 kilometrdədək uça bilən qitələrarası və ballistik raketlərin istehsalını, sınaqdan çıxarılmasını və yerləşdirilməsini qadağan edir.

İngiliscə qısa adı INF olan bu müqavilə Avropa təhlükəsizlik sisteminin bel sütununu təşkil edir.

Lakin indi ABŞ və NATO Rusiyanı həm də SSC-8 kimi tanınan 9M729 qitələrarası raketini istehsal etməklə sözü gedən müqaviləni pozmaqda ittiham edirlər.

Rusiya yanvarın 3-də SSC-8 raketinin komponentlərini nümayiş etdirib
Rusiya yanvarın 3-də SSC-8 raketinin komponentlərini nümayiş etdirib

Moskva bu ittihamlarla razılaşmır və bildirir ki, SSC-8 yalnız 480 kilometrlik məsafəni uça bilir. Rusiya öz növbəsində Vaşinqtonu yeni silahlanma yarışına başlamaq niyyətilə müqavilədən çıxmaq üçün bəhanə gəzməkdə günahlandırır.

Vaşinqton bildirib ki, əgər Rusiya müqavilənin şərtləri daxilinə qayıtmasa, ABŞ fevral ayının 2-dək bu razılaşmadan birtərəfli qaydada çıxacaq.

Mətbuat konfransını Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkovla birlikdə keçirən Stoltenberg deyib ki, danışıqlarda “real tərəqqi” əldə olunmayıb.

O bildirib ki, hətta fevralın 2-dən sonra da Rusiyanın müqavilə şərtlərinə qayıtmaq üçün yarım il vaxtı var. Lakin bundan sonra müqavilə “mövcud olmayacaq”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG