Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:07

Rusiya kəşfiyyat xidmətinin sanksiyalanmış başçısının ABŞ-da olduğu xəbər verilib


Sergey Narışkin
Sergey Narışkin

Rusiya Xarici Kəşfiyyat İdarəsinin (SVR) ABŞ sanksiyaları altında olan başçısı Sergey Narışkinin ötən həftə Vaşinqton yaxınlığında Amerika kəşfiyyat rəsmiləri ilə görüşdüyü barədə xəbər verilib. Bu məlumatı məsələ ilə bağlı olan iki mənbəyə istinadən Reuters agentliyi yayıb.

Xəbər verilir ki, Narışkın ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Dan Coats və başqa rəsmilərlə müzakirə aparıb. Müzakirə mövzusunun nə olduğu açıqlanmır.

Rusiyanın dövlət TASS xəbər agentliyi Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun dövlət telekanalına müsahibəsinə istinadən rəsmilər arasında belə bir görüşün keçirildiyini təsdiqləyib.

TASS bildirir ki, Narışkin və onun amerikalı həmkarları “terrora qarşı birgə mübarizə məsələlərini” müzakirə ediblər.

Antonov müsahibəsində bu görüşdə ABŞ kəşfiyyatı tərəfindən kimlərin olduğunu deməyib.

Reuters bildirir ki, Mərkəzi Kəşfiyyat İdarəsi bu barədə şərh verməkdən imtina edib.

Lakin Senatın demokrat lideri Chuck Schumer yanvarın 30-da prezident Trump-ın administrasiyasından bu görüş barədə izahat verilməsini tələb edib.

Schumer, habelə Senatın Xarici Əlaqələr Komitəsinin ən rütbəli demokrat üzvü Ben Cardin TASS agentliyinin məlumatına və Rusiya səfirlyinin Tvitter postuna aydınlıq gətirilməsini tələb ediblər.

Hazırda Moskva ilə Vaşinqton arasında münasibətlər son dərəcə gərgindir. ABŞ 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə və Ukraynanın şərqində separatçı hərəkatı qızışdırdığına görə, habelə ABŞ kəşfiyyatının qənaətinə əsasən Moskvanın ABŞ, seçkisinə müdaxiləsi ilə bağlı Rusiya üzərinə sanksiyalar qoyub.

Bununla belə ABŞ və Rusiya islamçı ekstremist qruplara qarşı mübarizə də daxil bir neçə sahədə əməkdaşlığı davam etdirir.

Ötən ay Birləşmiş Ştatlar Rusiyaya Sankt Peterburqda törədilməsi planlaşdırılan terror aktı barədə əvvəlcədən xəbərdarlıq göndərmişdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG