Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:23

ABŞ-dan sığınacaq istəyən rusiyalıların sayı rekord həddə çatıb


Moskvadakı ABŞ səfirliyinin qapısında növbə, 2018, aprel
Moskvadakı ABŞ səfirliyinin qapısında növbə, 2018, aprel

2017-ci ildə Birləşmiş Ştatlardan sığınacaq istəyən rusiyalıların sayı son 24 ildə ən yüksək həddinə çatıb. Bu, 2016-cı illə müqayisədə 40 faiz artım deməkdir.

Əslində statistika mühacirət rəqəmlərinin Putin 2012-ci ildə prezidentliyə qayıtdıqdan sonra durmadan artdığını göstərir.

ABŞ hakimiyyət orqanları 2017-ci ildə Rusiya vətəndaşlarından 2664 yeni sığınacaq ərizəsi qəbul edib. Bu, 2016-cı ildə olduğundan 39 faiz çoxdur.

Rusiyadan ABŞ-a mühacirəti göstərən qrafik
Rusiyadan ABŞ-a mühacirəti göstərən qrafik

Putinin tənqidçiləri onu fəqrqli düşüncənin və müstəqil bizneslərin təqibində ittiham edirlər.

Müşahidəçilərin fikrincə Rusiyadan mühacirətin yüksəlməsinə ikinci səbəb ölkədə seksual azlıqların sıxışdırılmasıdır.

LGBT icmasının vəziyyəti xüsusilə də Rusiyada 2013-cü il “qeyri-ənənəvi seksual münasibətlərin təbliğatının qadağanı” barədə qanunun qəbuluindən sonra pisləşib.

Digər tərəfdən Rusiya sahibkarları Birləşmiş Ştatlarda siyasi sığınacaq əldə etməyə çalışırlar.

Nyu Yorkda mənzillənmiş vəkil Boris Palant deyir ki, onun müştərisi olan biznesmenlərin əksəriyyətinə qarşı qondarma ittihamlardan istifadə olunub.

Palant AzadlıqRadiosuna deyib ki, bunlardan biri bankir, qalanları biznes adamlarıdır.

Başqa bir Nyu York vəkili, Andrew Johnson deyir ki, o 2017-ci ildə Rusiyadan 25-30 iş qəbul edib. Bunların tən yarısı siyasi motivli qısnamalarla bağlıdır. Qalan işlər də siyasi çalara malikdir.

Bu arada Putin xaricdəki Rusiya biznesmenlərinin və onların sərvətinin ölkəyə qayıtması üçün çağırışlar edir. Bu çağırışlara baxmayaraq ölkədən qaçan sahibkarların sayı azalmır ki, artır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG