Laçın-Xankəndi yolundan Rusiya sülhməramlılarına məxsus daha bir avtomobil karvanı keçib.
APA-nın martın 5-də verdiyi məlumata görə, Laçın istiqamətindən gələn 20 maşından ibarət karvan Xankəndinə maneəsiz keçid edib.
Maşın karvanının maneəsiz keçidini xarici KİV nümayəndələri də izləyib.
Ermənistan tərəfi Azərbaycanı Laçın dəhlizini bağlamaqla Qarabağdakı erməni icmasını blokadaya almaqda və hümanitar bphran yaratmaqda günahlandırır.
Azərbaycan tərəfi isə dəfələrlə bu yolun hümanitar məqsədlər və yüklər üçün açıq olduğunu bəyan edib.
Bir qrup azərbaycanlı 2022-ci ilin dekabrından Laçın dəhlizinin Şuşadan keçən hissəsində aksiya keçirdiyinə görə yolda hərəkət məhdudlaşıb.
Aksiyaçılar separatçıların nəzarətində olan faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edirlər.
Azırbaycan hakimiyyəti həmçinin bunadək həmin yolla Ermənistandan Qarabağdakı erməni icmasına silah daşındığını deyirlər.
Yerevan bunu inkar edir.