Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:23

Rusiya məhkəməsi 7 Krım tatarını məhkum edib


Sentyabrın 16-da Rostov şəhərində yerləşən Cənub Hərbi Regional Məhkəmənin qarşısında
Sentyabrın 16-da Rostov şəhərində yerləşən Cənub Hərbi Regional Məhkəmənin qarşısında

Rusiya məhkəməsi 7 Krım tatarını qadağan olunmuş islamçı qruplaşmanın üzvləri kimi uzunmüddətli həbsxana cəzasına məhkum edib.

Sentyabrın 16-da Rostov şəhərində yerləşən Cənub Hərbi Regional Məhkəməsi Marlen Asanov, Memet Belyalov, Timur Ibragimov, Seyran Saliyev, Server Mustafayev, Server Zekiryayev Edem Smailov barəsində 13 ildən 19 ilədək azadlıqdan məhrumetmə cəzası barədə hökm çıxarıb.

Onların hamısı Hizb ut-Təhrir islamçı qrupunun üzvü olmaqda ittiham edilirdi.

Bu qrup Rusiyada ekstremist təşkilat kimi qadağan olunsa da, Ukraynada onun fəaliyyətinə qadağan qoyulmayıb.

Məhkəmə səkkizinci müttəhim - Ernes Ametovun ittihamına xitam verib və o sərbəst buraxılıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Krım şöbəsi bundan əvvəl bildirmişdi ki, Smailov və Krım Həmrəyliyi insan haqları təşkilatının koordinatoru Mustafayev 2018-ci ilin mayında həbs ediliblər.

Qalan müttəhimlər Krımda 2017-ci ildə həbs olunmuşdular.

Beynəlxalq insan haqları təşkilatları və Qərb hökumətləri Rusiyanı Krım tatarlarını hədəfləyən aramsız kampaniya aparmaqda ittiham edirlər.

Onlar bildirirlər ki, Moskva əsasən Krımın Rusiya tərəfindən ilhaqına qarşı çıxan tatarları hədəfləyir.

Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ilin martında ilhaq edib.

Krım tatarlarının əksəriyyəti Krımın Rusiya tərəfindən işğal olunmasına etiraz edir.

XS
SM
MD
LG