Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 06:23

Rusiya işğal etdiyi Krımda havadan müdafiə sistemini sınaqdan keçirir


Arxiv fotosu
Arxiv fotosu

Donanmanın təlimlərə qatılan NATO və digər ölkə gəmilərinin hərəkətlərinin izlənməsi üçün bir sıra tədbirlər gerçəkləşdirdiyi vurğulanır

Rusiya ilhaq etdiyi Krımda havadan müdafiə sistemlərini sınaqdan keçirib. Bu, Qara dənizdə Ukrayna və Birləşmiş Ştatların ev sahibliyi etdiyi çoxmillətli hərbi təlimlərlə eyni vaxtda baş verib.

İyunun 28-dən başlanmış “Sea Breeze” təlimlərinə Qara dəniz ölkələri, NATO müttəfiqləri və tərəfdaşları olmaqla 32 ölkə qatılıb. Təlimlər Rusiya ilə Qərb arasında gərginliyin artdığı bir dönəmə təsadüf edir. Ötən həftə Rusiya Krım yaxınlığında üzən Britaniya hərbi gəmisinin yoluna atəş açmışdı. Britaniya isə bunu təkzib edirdi.

Sınaqlara cəlb olunan texnika

Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ələ keçirib, azı 100 ölkənin qanunsuz saydığı referendum təşkil edib. Moskva Ukraynanın şərqində separatçıları dəstəkləyir. 2014-cü ilin aprelindən bu müharibədə 13 mindən çox insan öldürülüb.

5 min əsgər, 32 gəmi, 40 təyyarə, 18 xüsusi əməliyyat və dalğıc komandasının iştirak etdiyi təlimlər iyulun 10-dək davam edəcək.

“Interfax” agentliyinin iyunun 29-da yazmasına görə, Qara dəniz donanması hazırlıq testlərinə 20-dək təyyarə və vertolyot, o cümlədən Su-24M hücum təyyarəsi, S-400 və Pantsir yer-hava tipli raket sistemləri cəlb edib. Donanmanın təlimlərə qatılan NATO və digər ölkə gəmilərinin hərəkətlərinin izlənməsi üçün bir sıra tədbirlər gerçəkləşdirdiyi vurğulanır.

Hərbi gəmi insidenti

Rusiya iyunun 23-də bildirib ki, Britaniyanın HMS Defender gəmisinin yoluna atəş açaraq, bomba ataraq onu Krımın Sevastopol şəhəri yaxınlığından uzaqlaşmağa məcbur etmək istəyib.

Britaniyanın Müdafiə Nazirliyi HMS Defender-ə atəş açılmadığını, Rusiyanın ərazidə əvvəlcədən elan olunmuş “artilleriya təlimi” apardığını bildirib. Britaniya Ukraynaya aid və beynəlxalq sularda naviqasiya azadlığından istifadə etdiyini bəyan edib.

Moskva bu insidentə cavab olaraq Ukraynanın Krım yarımadası ətrafında iddia etdiyi ərazi sularına girən hərbi gəmilərə atəş açmağa hazır olduğunu bildirib. Rusiya Krımı 2014-cü ilin martında tutub, amma beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ və müttəfiqlərini Qara dənizdə hərbi təlimlər keçirməməyə çağırıb. Rusiyanın Müdafiə Nazirliyi grəkərsə milli təhlükəsizlin qorunacağını deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG