Keçid linkləri

Təcili xəbərlər
2020, 02 Dekabr, çərşənbə, Bakı vaxtı 15:50

Rusiya kommunistləri seçkiyə yeni namizədlə gedirlər


Pavel Grudinin

Rusiya Kommunist Partiyası gələn ilki prezident seçkisinə yeni namizədlə gedir.

Bu, Moskva yaxınlığındakı "Lenin adına sovxoz" müəssisəsinin direktoru Pavel Qrudinindir.

1993-cü ildən partiyaya rəhbərlik edən və son onilliklərdə partiyanın prezident seçkilərindəki namizədi olmuş Gennadi Züqanov "gənclərə yol verib".

Züqanov Qrudininin seçki qərargahına özü rəhbərlik edəcək.

1960-cı ildə anadan olan Qrudinin sovet vaxtında Lenin adına sovxozda çalışmağa başlayıb və onun rəhbərlərindən biri olub.

SSRİ dağılandan sonra sovxozun əsasında müəssisə yaradılıb. Hazırda Rusiyada heyvandarlıq sahəsində ən böyük müəssisələrdən sayılır.

Buna da bax: Zuganov: “Rusiyasız heç vaxt Qafqazda sülh və rahatlıq olmayacaq" (Video)

XS
SM
MD
LG