Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 18:14

Zuganov: “Rusiyasız heç vaxt Qafqazda sülh və rahatlıq olmayacaq" (Video)


Gennadiy Zuganov

“Rusiyasız Qafqazda heç vaxt sülh və rahatlıq olmayacaq. Bu şəxsi fikrimdir”.

Bunu “Vestnik Kafkaza” portalına müsahibəsində Rusiya "Kommunist partiyası"nın lideri Gennady Zuqanov deyib.

Zuqanov bildirib ki, bir araya gəlib münaqişənin hər iki tərəfi qane edən həllini tapmalıyıq və zənnimcə belə bir qərar mövcuddur.

Amma Zuqanov hesab edir ki, daha çox mənfəət qazanmaq istəyəndə, belə qərarlar axtarılmır.

O bildirib ki, burda böyük Sovet ölkələrindən öyrənmək xeyrli olardı:”Vətəndaş müharibəsi, problemlər, çətinliklər və faşistlərin hücumuna baxmayaraq sovet insanları xoşbəxt idilər.Mən əsgər kimi Almaniyadakı Sovet ordusunda xidmət eləmişəm və mənim hərbi hissəmdə azərbaycanlılar, ermənilər, gürcülər, ukraynalılar, belaruslar və Balitik ölkələrindən xidmət edənlər var idi. İndiyədək onların hamısı çox yaxşı yadımdadır, amma hər birinin milliyətini dəqiq deyə bilmərəm, çünki biz hamımız sovet insanları idik”, Zuqanov deyib.

***

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik yeddi rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib. Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG